No Image
No Image

Çempionlar Liqası: Mahir Emreli "Legiya"nın start heyətində

Çempionlar Liqası: Mahir Emreli
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti rəsmi matçını bu gün keçirəcək.

Sfera.az-ın məlumatına görə, 24 yaşlı hücumçu Varşava təmsilçisinin heyətində Çempionlar Liqasının I təsnifat mərhələsində cavab görüşünə çıxacaq. O, Norveç "Budyo Qlimt"inə qarşı matçın start "11-liy"ində yer alıb.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Norveçdəki ilk matçda dubl edən Mahir Emreli "Legiya"ya qələbə qazandırıb - 3:2.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR