Çempionlar Liqası: Azərbaycan təmsilçisi Yunanıstan klubu ilə qarşılaşacaq

Çempionlar Liqası: Azərbaycan təmsilçisi Yunanıstan klubu ilə qarşılaşacaq
Azərbaycanın "Araz" klubunun futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibi bəlli olub.

Sfera.az  xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda bu raunda Yunanıstan AEK-i ilə üz-üzə gələcək.

Duelin taleyi bir oyundan ibarət olacaq və görüş Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar Yunanıstanda keçiriləcək. İlkin mərhələnin oyunları 24 - 29 noyabrda təşkil ediləcək.

OXŞAR XƏBƏRLƏR