Emmanuel Makronu sillələdilər - VİDEO
17:16 / 08.06.2021
3481
Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib.
Sfera.az xəbər verir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb.
Bu zaman bir kişi E.Makronun üzünə sillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər.
Hadisəyə görə iki nəfər saxlanılıb.