No Image
No Image

Emin Milli Ukrayna telekanalına Qarabağ həqiqətlərindən danışdı - VİDEO

Emin Milli Ukrayna telekanalına Qarabağ həqiqətlərindən danışdı - VİDEO

Sfera.az "Meydan Tv”nin yaradıcısı Emin Millinin Ukraynanın "Dom” telekanalına müsahibəsini təqdim edir:


Ermənilər arasında belə bir fikir var ki, Azərbaycan hökumətinin Dağlıq Qarabağdakı hərəkətləri əhalinin əksəriyyəti, xüsusilə də müxalifətçilər tərəfindən dəstəklənmir.


Gəlin görək "Meydan TV” müxalifət kanalının keçmiş top meneceri və yaradıcısı Emin Milli hazırkı vəziyyətdə sözügedən məsələ ilə bağlı bizə nə söyləyib. Yeri gəlmişkən, Berlində sığınacaq tapan Emin həm də siyasi məhbusdur. Dinləyək.


Emin Milli:

 

"Ermənistanın müdafiə naziri Nyu-Yorka ötən ilki səfəri zamanı Ermənistanın yeni hərbi doktrinini bəyan etdi. Sözügedən doktrinin məğzi işğal olunmuş yeddi rayon ətrafında daha çox ərazi zəbt etməkdən ibarət idi. İndi mən sizə, bizim ukraynalı bacı-qardaşlarımıza belə bir sualla müraciət etmək istəyirəm:

 

"Necə hesab edirsiniz, əgər qonşu ölkələrdən biri sizin əraziləri zəbt edibsə, siz də hansısa ağlabatan kompromis əldə etmək ümidilə qarşı tərəflə 26 il sülh danışıqları aparmısınızsa, amma 26 ildən sonra artıq torpaqlarınızı zəbt etmiş həmin qonşu ölkə vətəninizi atəşə tutmağa, sizi aşağılamağa başlayırsa və daha çox ərazilərinizi zəbt etmək fikrində olduğunu bəyan edirsə, Ukraynanın buna adekvat cavabı necə olar? Düşünün bu haqda.

 

Üstəlik, bu çox vacibdir, iyulda, bir növ sözügedən aqressiv doktrinin davamı kimi, ermənilər Azərbaycanın Tovuzdakı mövqelərini atəşə tutmağa başladı. İstəyirəm anlayasınız ki, bu artıq Qarabağ deyil, özü də bu ərazi Bakı-Ceyhan neft-qaz kəmərinə çox yaxındır. Sizcə, belə bir vəziyyətdə Azərbaycan, yaxud hər hansı başqa ölkə necə hərəkət etməlidir?

 

NATO məsələsinə gəldikdə isə, bilirsinizmi, əgər Azərbaycan NATO üzvü olsa idi, onun ərazisinə edilən hücum NATO blokuna daxil olan bütün ölkələrə təcavüz kimi qiymətləndirilərdi. Azərbaycan NATO-ya üzv ölkələr sırasında olsa idi, hazırda NATO Ermənistanla müharibə şəraitində olardı.

Bir daha nef-qaz kəməri mövzusuna qayıdaraq, qeyd etmək istəyirəm ki, iyulda Ermənistanın atəşə tutduğu Tovuz rayonu Qarabağdan çox kənarda yerləşir və o bölgə ilə heç bir əlaqəsi yoxdur. Ermənistanın bu əraziyə təcavüzünün yeganə məqsədi həmin ərazidən keçən Bakı- Ceyhan neft-qaz kəməri və ötən il Ermənistanın rəsmən elan etdiyi hərbi doktrinə əsasən, yeni ərazilər zəbt etmək planının həyata keçirilməsi idi.


Selcan

Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Qarabağda işlək yollar kamera nəzarəti altında olmalıdır” – Mina təhlükəsindən necə qorunmalı?

Bu gün ikisi media əməkdaşı olmaqla 3 vətəndaşımız Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə nəticəsində ...

“Azərbaycan səhiyyəsi reanimasiyadadır...” – Cümşüd Nuriyev

"Ölkədə xoşagəlməz bir ənənə formalaşıb. Yeni rəhbər özündən əvvəlki kadrları peşəkarlığıq səviyyəsindən asılı olmayaraq vəzifələrdən uşaqlaşdırır”. Bu...

Ermənilər Şuşaya “İskəndər”i nə vaxt atıb? - Müsahibə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov müsahibə verib. Sfera.az həmin müsahibəni təqdim...

"Bu gün regiondakı bir çox format Azərbaycana bağlıdır" – Fərhad Məmmədov

İndi bir çox ölkə öz geosiyasi vektorunu müəyyənləşdirmək məsələsi ilə üzləşəcək. Qərb vektoru, xüsusilə əxlaq, siyasi etika və iqtisadi hərarətin hədsiz yüks...

Gizlədilən qatil, işdən çıxan müstəntiq, susdurulan ailə – Planlı cinayətin PƏRDƏARXASI !

Adil Süleymanov: "Nərminin atası Şərifi məcbur edirlər deyə, belə danışır” "…Bahalı mobil telefonlar, mebel və heyvanlar alıblar. Şərif əmisi oğluna pul v...

Hikmət Hacıyev: "Ermənistanın bu dağıdıcı siyasəti hələ də davam edir"

Məşhur "The Washıngton Times” qəzetində Azərbaycan Prezidentinin köməkçisi, - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Ha...