No Image
No Image

Emin Əmrullayev: "Distant təhsil böyük stres və diskamfort yaradır"

Emin Əmrullayev:
"Distant təhsilin ailələr üçün böyük stres və diskamfort yaratdığını bilirəm. Bunu başa düşürük. Məncə cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Distant tədrisə pandemiyanın törəməsi kimi baxmalıyıq”.

Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bəzi problemlərin qısa müddətdə aradan qaldırılması real görünmür: "Bəzi qəsəbələrdə qısa müddətdə internetin təmin edilməsi obyektiv səbəblərdən mümkün deyil. Hər müəllimin distant dərsləri eyni keyfiyyətdə keçməsi kifayət qədər çətindir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın kənd yerlərində distant tədrisin problemləri özünü daha ciddi şəkildə büruzə verir. Ona görə də teledərslərdən istifadə olunur. Ailələrin rolu hazırda əvvəlkindən daha çoxdur. Teledərslər valideynlərin həm övladlarını psixoloji nöqteyi-nəzərdən dəstəkləmək, həm də öyrətmək baxımından önəmlidir. Emosioları düzgün idarə etmək lazımdır”.
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu xarici universitetlərin diplomları Azərbaycanda tanınmır - SİYAHI

  Bu ilin I rübü ərzində diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Sfera.az xəbər verir ki, ötən dövr ərzində Təhsildə Keyfiy...

Buraxılış imtahanında iştirak edən ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Məlum olduğu kimi, aprelin 22-də Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində, aprelin 23-d...

Daha 4 məktəb koronavirusa görə bağlandı

Ağdaşda daha dörd orta məktəb distant təhsilə cəlb olunub. Sfera.az ”Report”a istinadən xəbər verir ki, rayonun Aşağınemətabad, Ortaləki, Qəsl və Qülbəndə...

Məleykə Abbaszadə: “Magistraturaya qəbul qaydaları daha da sadələşdirilib”

Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti dövründə buraxılış, qəbul, eləcə də digər müxtəlif təyinatlı imtahanların məzmununda, qəbul proqramları və qaydaların...

Nazirdən ƏMR: Məleykə Abbaszadənin vəfat edən qızının yerinə təyinat

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektor...

Prezident ATU ilə bağlı 2 sərəncam İMZALADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sf...