Əməliyyatsız mədə kiçiltməyin yolu

Əməliyyatsız mədə kiçiltməyin yolu

Yay mövsümü yaxınlaşır. "Çimərlikdə  ideal görünməliyəm" deyən artıq çəkili xanımlar  üçün çəki atmağın asan yolu var.

Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, sürətlə çəki atmağa tələsməyin. Bu, həm sağlamlığınız üçün zərərlidir, həm də verdiyiniz çəkilər sürətlə geri qayıdır. 

Artıq cərrahiyyə əməliyyatına ehtiyac qalmadan, təbii yola qarnınızı kiçildə biləcəksiniz.

Tez-tez və az qidalanaraq pəhrizə başlaya bilərsiniz. Yağlı qidalardan uzaq duraraq, kalorisi az olan qidalara üstünlük verin. 
 
Günorta yeməyində payınızı bir qədər artıq edə bilrəsiniz. Bu halda, şirniyyat qəbulunu dayandırın. Artıq yemək şirniyyat ehtiyacını azaldacaq. Uzun müddət ac qaldıqdan sonra mədəni çoxlu yeməklə yükləmək də doğru deyil. Bulğur və mərcimək su ilə birləşdikdə şişir. Bu cür yeməklər qəbul edildikdə isə mədənin həcmi genişlənir. Ona görə, mərci ilə bibər bişirlən zaman qida rasionunuzu yarıya endirin.

Qazlı içkilər də mədənin həcmini genişləndirdiyindən qəbulu məsləhət görülmür.

Mütəxəssislər bu dövrdə bol miqdarda, yaxşı yuyulmuş yaşıl salat yeyilməsini məsləhət görür. Salatlar toxluğu uzun müddət təmin edir. Bu səbəbdən yeməkdən bir və ya iki saat sonra bol miqdarda yaşıl salat qəbul etmək xeyirlidir.


OXŞAR XƏBƏRLƏR