Əməliyyatla qadına çevrilən sabiq hərbçi yenidən kişi olmaq istəyir

Əməliyyatla qadına çevrilən sabiq hərbçi yenidən kişi olmaq istəyir

Böyük Britaniyada yaşayan 60 yaşlı Piter Bencamin cins dəyişdirilməsi əməliyyatını keçirdikdən sonra yenidən kişi olmaq qərarına gəlib.

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, üç dəfə evli olan Piterə 2011-ci ildə gender disforiyası (insanın öz bioloji cinsini qəbul edə bilməməsi) diaqnozu qoyulub. O, 2015-ci ildə kişi cinsiyyət orqanını əməliyyatla götürüb. Dövlət səhiyyə xidməti onun özəl klinikada əməliyyatı üçün on min funt (21 min AZN) ödəyib.

Əməliyyatdan sonra hamı onu Viktoriya adlandırmağa başlayıb. Lakin Piterin həyatı arzuladığı kimi olmayıb. Onda panik ataklar başlayıb və nəticədə içkiyə qurşanıb. Sabiq hərbçi çox keçmədən yenidən kişi olmaq istədiyini başa düşüb. O, bunun səbəbini cinsini dəyişdikdən sonra kifayət qədər psixoloji dəstək almaması və qadınlar arasında özünə dost tapa bilməməsi ilə izah edir. Benjaminin psixoloji vəziyyəti getdikcə pisləşib. O, təcavüzə məruz qalacağından qorxmağa başlayıb.

O, yenidən kişi olmağa qərar verdikdən sonra, evdən 7 kisə qadın paltarı,  parik və kosmetika məhsulları atdığını deyib.

 


OXŞAR XƏBƏRLƏR

Bayramda aldığınız çəkidən necə xilas olmalı?

Orucluqda və bayramlarda aldığımız çəkidən tez bir zamanda xilas olmaq üçün etməli olduğumuz ilk qayda yediyimiz yeməklərin miqdarını azaltmaqdır. İkincisi, hər...

Borcu ödəməmək üçün tanışını öldürüb

Ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində Zamiq Cabbarovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamam...

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...