Əməliyyatdan sonra ölən körpənin ailəsi FAKTLARI AÇDI - FOTO/VİDEO

Əməliyyatdan sonra ölən körpənin ailəsi FAKTLARI AÇDI - FOTO/VİDEO
Bir neçə gün əvvəl M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 1 yaşlı Səyyad Bayramovun əməliyyatdan sonra ölməsi ilə bağlı xəbər yaymışdıq.

Lent.az xatırladır ki, körpənin ölümü ilə bağlı əməliyyatı edən həkim Elnur Həsənov saytımıza açıqlamasında 1 yaşlı Səyyad Bayramlının xəstəliyinin Volf-Parkinson-Uayt (WPW) sindromu olduğunu bildirmişdi. Həkimin dediyinə görə, onun əsas kriteriyası bundan ibarətdir ki, istənilən an tam rahat ölüm baş verə bilər: "Əməliyyatdan bir gün sonra, 5 gün sonra, bir il sonra - hər an uşaq ölə bilər. Bu həkimdən asılı olan məsələ deyil.  Valideynlər bunu əməliyyatdan əvvəl bilir və imza atır. Heç bir həkim bunu izah etmədən, əməliyyat edə bilməz. Mən 100 % sağaldacam deməmişəm”.

Vəfat edən körpənin ailəsi isə Lent.az-a müraciət edərək bildirib ki, Elnur Həsənovun körpədə olduğunu iddia etdiyi "Volf-Parkinson-Vayt” sindromu özünün müayinə etdiyi sənəddə yer almayıb: "Həkimin açıqlamasına inana bilmədik. Necə ola bilər ki, öz səhvini ört-basdır etmək üçün bu cür açıqlama verə. Əgər belə haqlısınızsa, reanimasiyadan və şöbədən olan kamera görüntülərini yayın. Deyin ki, "siz iftira atırsınız”. Deyin ki, "uşağı 1 gün sonra ağır vəziyyətdə reanimasiyadan palataya biz düşürtməmişik”. Deyin ki, "biz sizdən 5300 manat almamışıq”.




Ailə əlavə edib ki, E.Həsənov Səyyadın əməliyyatını sığorta qarşılamır deyərək, onlara bir sənəd verib: "Sonra isə xəstəxananın açıqlamasında bildirildi ki, əməliyyatı sığorta qarşılayıb. Halbuki bizdən əməliyyat üçün 5 300 manat alınıb. Bundan başqa həkim mediaya açıqlama verərək bildirir ki, uşaq ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ancaq uşaq sağlam idi. Uşağın bir gün əvvəl videosunu da çəkmişdik”.



Bununla yanaşı, ailə həkimin "valideynlər riski bilirdi və buna imza atmışdılar” açıqlamasına da cavab verib:

"Verilən sənəddə ölüm və ya risklə bağlı heçnə yazılmamışdı. Həmçinin bu vərəqdə boş xanalar vardı. Belə güman edirik ki, imza atdıqdan sonra həmin boş hissələr istədikləri formada doldurulub”.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...

"Qərb danışıqlara nə qədər az müdaxilə etsə, Cənubi Qafqaza sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin...

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...