Əməkdar artist övladlığa uşaq götürüb - VİDEO

Əməkdar artist övladlığa uşaq götürüb - VİDEO
 

Əməkdar artist Nigar Şabanova övladlığa uşaq götürüb. Xanəndə bu barədə Space TV-də yayımlanan "Həmin vaxt" adlı verilişdə danışıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, əməkdar artist dörd aydır qız uşağını övladlığa götürüb:

"Mənim üçün çox məsuliyyətli və cəsarətli bir addım oldu. Uşaq anadan olan kimi, onu övladlığa götürdüm. Artıq dörd ay tamam olub. Əslində, bu xəbəri heç kimlə bölüşmək istəmirdim. Sadəcə, qatıldığım verilişdə etiraf etməyimi istədilər. Mən də içimdən gəldiyi üçün hər şeyi danışdım. Düşünürəm ki, bundan gözəl etiraf olmazdı. Övladlığa uşaq götürmək şəxsən mənim üçün çox çətin bir qərar idi. Bir ildir ki, bu addımı atmağı düşünüb, götür-qoy edirdim".

Nigar Şabanova ailə qurmasa da uşaq eşqi ilə alışıb yandığını dilə gətirib:

"Subayam. Gələcəkdə ailə quracağam. Amma çox istəyirdim ki, indi qucağıma bir övlad alım. Böyüsün və məni tezliklə "mama" deyə çağırsın. Mən qız övladlarını çox sevirəm. Bilmirəm, ailə qurandan sonra qızım olacaq, ya yox, amma istədim ki indi bir qız uşağım olsun və onu böyüdüm. Heç olmasa qırx yaşım olanda onun da on yaşı olsun".

Xanəndə redaksiyamızın əməkdaşı ilə söhbətində, övladlığa götürdüyü uşağın valideynlərinin ondan imtina etdiklərini bildirib:

"Uşağın valideynləri ondan imtina ediblər. Onlarla anlaşmam oldu ki, nə zaman istəsələr, uşaqlarını gəlib görə bilərlər. Burada qadağadan söhbət gedə bilməz. Mən ananı baladan ayıra bilmərəm. İstəməsələr də, onları məcbur edə bilmərəm. İnanın ki, uşağa olan hislərimi dilə gətirə bilmirəm. Qucağımda oynadıram, mənə baxır, gülməyə başlayır. Qucağımdan yerə qoyan kimi ağlayır. Analıq necə də kövrək hisslərdən ibarətdir. Tamam fərqli hisslər yaşayıram. İndi onun ilk addımlarını gözləyirəm. Çox sevinirəm ki, ailəm mənim yanımda oldu və mənim bu addımımı dəstəklədilər. Valideynlərim də uşağı öz nəvələri kimi qəbul ediblər və onu çox sevirlər. İnanıram ki, gələcəkdə ailə həyatı qurandan sonra övladlığa götürdüyüm uşaqla bağlı heç bir problem yaşamayacağam".

 

Əməkdar artist, hələ də qəlbini ovsunlayacaq namizədin olmadığını dilə gətirib:

"Əgər bir insanda uşağa qarşı məhəbbət, sevgi yoxdursa, bu cür şəxslə ailə həyatı qurmağa belə dəyməz. Çünki uşaq günahsız bir varlıqdır. Hələlik ailə qurmaq istədiyim namizəd yoxdur. İndi görək də, bundan sonrakı namizədlərim məni uşaqla qəbul edəcəklər, ya yox (gülür). Əsas odur ki, uşaqla birgə qəbul etsinlər. Çünki məni sevən, mütləq onu da sevməlidir".

Qeyd edək ki, Əməkdar artist Nigar Şabanova övladlığa götürdüyü qız övladına Nəfsə adını verib.



OXŞAR XƏBƏRLƏR

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...