Əməkdar artist keçmiş həyat yoldaşından danışdı: “Biz heç küsməmişdik də” - VİDEO

Əməkdar artist keçmiş həyat yoldaşından danışdı: “Biz heç küsməmişdik də” - VİDEO

Əməkdar artist Gülyaz Məmmədova keçmiş həyat yoldaşı ilə barışıb.

Sfera.az xəbər verir ki, bu barədə Əməkdar artist Gülyazın bacısı Gülyanaq Məmmədova ATV-də yayımlanan "Zaurla Günaydın” səhər şousunda danışıb.

Bacılar proqramda qonaq olan zaman verilişin aparıcısı Zaur Baxşəliyevin "Gülyanaq, bacını zamanında ərə versəydin, indi ona bahalı kürk alardı” fikirlərinə bu cür reaksiya bildiriblər.

"Nə olub onun ərinə? Bacım keçmiş həyat yoldaşı ilə barışıb. O, Rusiyada yaşayır”, - Gülyanaq Məmmədova qeyd edib.

"Rusiyada həm yaşayır, həm də çalışır. Həmçinin, qohumumuzdur. Biz heç küsməmişdik də”, - Gülyaz Məmmədova vurğulayıb.

"İndi elə bir zamandır ki, ayrılsalar belə, düşmən olmamalısan. Bacımın uşağının atasıdır. Uşaq nənəsi və bibiləri ilə görüşür. Bacımın keçmiş həyat yoldaşının anası rəhmətə gedəndə, hamımız ailəsinə baş çəkdik. İnsanıq, hamımız üçün həyat daimi deyil”, - Gülyanaq Məmmədova əlavə edib.

"Deyirlər ki, dalaşanda da elə dalaş ki, barışmağa üzün olsun. Hər şey yaxşıdır”, - Gülyaz Məmmədova söyləyib. (oxu.az)



OXŞAR XƏBƏRLƏR