Embawood şirkəti də Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı - MƏBLƏĞ

Embawood şirkəti də Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı - MƏBLƏĞ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Embawood" şirkəti tərəfindən 50 min manat ianə ayrılıb.

 

Şirkətin PR meneceri Nigar Mehdiyevanın sözlərinə görə, Embawood şirkəti olaraq ictimai borcumuzu, Korporativ Sosial Məsuliyyət öhdəliklərimizi hər zaman qürürla həyata keçirir və bu istiqamətdə atılan bütün addımlara dəstək oluruq.

 

Bundan əlavə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Embawood  şirkətinin mərkəzi ofis, fabrik, anbar və satış mərkəzlərində mütəmadi olaraq dezinfeksiya işləri və profilaktik tədbirlər həyata keçirilir.

 

Xatırladaq ki 1996-cı ildən bu yana fəaliyyət göstərən Embawood şirkəti 5 brend üzrə 130 mağazaya sahib olaraq mebel sektoru üzrə ölkəmizi dünyada da qürurla təmsil edir.


OXŞAR XƏBƏRLƏR