Embarqoya baxmayaraq Rusiyanın üzü gülür: Neft gəlirlərinin artma səbəbi nədir?

Embarqoya baxmayaraq Rusiyanın üzü gülür: Neft gəlirlərinin artma səbəbi nədir?
Beynəlxalq Enerji Agentliyi Rusiyanın 2022-ci ilin ilk dörd ayında neft gəlirlərinin 50 faiz artdığı haqqında məlumat açıqlayıb.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, Rusiyanın satdığı neftin əhəmiyyətli hissəsi Avropa İttifaqı (Aİ) ölkələrinə göndərilib.

Agentlik aylıq hesabatında Rusiyanın 2022-ci ildə neft və neft məhsullarından hər ay 20 milyard dollar qazandığını qeyd edib.

Rusiyanın neft gəlirlərinin artmasına səbəb qiymətlərin yüksəlməsidir. Bu il Rusiyanın ixrac etdiyi neftin və neft məhsullarının miqdarı azalsa da, qiymətlərin 60 faizdən çox artması Rusiyanın gəlirlərini artırıb.

Aİ-nin idxal qadağası ideyasına baxmayaraq hələ də rus neftindən imtina etmək mümkün olmayıb. Rusiyanın satdığı neftin 43 faizi Aİ ölkələrinə satılır.
Lakin bununla belə Agentlik bildirir ki, ilin sonunda Rusiyanın neft gəlirləri indki kimi yüksək olmayacaq. Çünki 2022-ci ilin ikinci yarısında Aİ ölkələrinə günlük ixracın həcmi 3 dəfə azalacaq. Hazırda 1 milyon barel olan ixrac, 300-350 min barelə qədər geriləyəcək.

BEA-nın hesabatında deyilir: "Yeni embarqolar, razılaşdırılarsa, mövcud ticarət axınının bərpasını sürətləndirəcək və Rusiya neft şirkətlərinin daha çox quyuları bağlamasına səbəb olacaq”.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...