Elzadan Aygünə cavab: "Onun Namiq Qaraçuxurlu kimi..." - FOTO

Elzadan Aygünə cavab: "Onun Namiq Qaraçuxurlu kimi..." -  FOTO

Müğənni Aygün Kazımova həmkarı Elza Seyidcahanın "Qadın nə istəyir?"

 şeirinə nəzirə yazıb. Müğənni öz şeirini sosial şəbəkədə paylaşıb. 

Sfera.az bildirir ki, musavat.com saytına açıqlama verən Elza Seyidcahan

 Aygün Kazımovanın nəzirəsini bəyəndiyini qeyd edib: "Aygün xanıma təşəkkürümü bildirirəm.

 Nəzirəsi qəşəng alınıb, gözəl cavablandırıb. İstedad özünü hər yerdə büruzə verir. Aygün

 də məktəb keçib, Namiq Qaraçuxurlu kimi sənət yoldaşı olub, bir neçə il əməkdaşlıq ediblər. 

Gözəl nəzirə yazdığı üçün onu öpürəm. Onu da demək istəyirəm ki, çoxları şeirlərimə nəzirə

 yazır. Aygünü alqışlayıram, o yazdığı şeiri danmadı. Mərd-mərdanə bildirdi ki, Elzanın şeirinə

 nəzirə yazıram. Elə adamlar var ki, şeir yazıb, mənim adıma çıxarırlar. Şeirlərimə Aygün kimi 

nəzirə yazan görmədim". 

Elza Seyidcahan yaxın günlərdə şeir kitabının işıq üzü görəcəyini də bildirib: "Şeirlərimdə fəlsəfə

 olsa da, asan dildədir. Asan dil insanların düşüncəsini, şeirə baxışını açır, həvəsini çoxaldır. 

Bir müddət bizdə mütaliə azalmışdı. İndi isə verilişlərdə şeir oxuyurlar. Şeir ancaq şeir 

mərasimlərində oxunmalı deyil. Bizim Cəfər Cabbarlılarımız, Mikayıl Müşfiqlərimiz bir-biriləri 

ilə şeirlərlə danışıblar. Mikayıl Müşfiq öz Dilbəri, həyat yoldaşı ilə şeir dili ilə danışıb. Əliağa 

Vahidin danışığı şeir dilində olub, onun  sözləri qəzəl kimi tarixdə qalıb. Bu gün mən şeir yazıram.

 Mənim şairliyim bəstəkarlığımdan öncə olub. Uşaqlıqdan şeir yazıram. 2013-cü ildə isə şeirim

 müzakirələrə səbəb oldu. Yaxın günlərdə kitabım çıxacaq. Şeirlərimə yazılan gözəl nəzirələri də

 kitaba daxil edəcəyəm. Aygün Kazımovanın şeirini də kitabıma əlavə edəcəyəm. Əsəri yazırıq ki, 

insanlar bəhrələnsinlər, özlərinə aid qismini götürsünlər".


OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...