Elxan Məmmədova yeni vəzifə verilib

Elxan Məmmədova yeni vəzifə verilib
 

AFFA-nın baş katibi Elxan Məmmədov yeni vəzifəyə təyin olunub. 

Sfera.az xəbər verir ki, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.

2007-ci ildən baş katib vəzifəsində çalışan Elxan Məmmədov bundan sonra icraçı vitse-prezident səlahiyyətlərini də yerinə yetirəcək. 

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə qurumun vitse-prezidenti təyin olunub. V.Sadıqovla yanaşı, Rauf Əliyev və Elşad Nəsirov da vitse-prezident seçilib. 


OXŞAR XƏBƏRLƏR