Əlvan metallar sürətlə BAHALAŞIR

Əlvan metallar sürətlə BAHALAŞIR
2021-ci ildə əmtəələr arasında enerji daşıyıcılarından sonra ən yüksək bahalaşma əlvan metallarda müşahidə edilir. Əsas əlvan metallarda illik bahalaşma sürəti 20 faizdən 100 faizə qədər çatır. 

Sfera.az bildirir ki, əlvan metalların bahalaşması bütün məhsul qruplarında qiymət artımlarına səbəb olur. O cümlədən məişət texnikalarının, avtomobillərin, elektron avadanlıqların, tikinti materiallarının, bir sözlə təyinat növündən asılı olmayaraq bütün zəruri qeyri-ərzaq mallarında əlvan metalların qiymətinin artmasına görə bahalaşma baş verir. 

Əlvan metallar arasında ən çox bahalaşma qalayda qeydə alınıb. Qalayın qiyməti son bir ildə 100 faiz (2 dəfə) artıb. Bir il əvvəl tonu 18 250 dollara satılan qalayın qiyməti hazırda 36 500 dollardır. 

Qalaydan elektronika sənayesində, qida qablarının hazırlanmasında, bürüncdən məmulatların hazırlanmasında istifadə edilir. Ümumilikdə istehsal olunan qalayın 60 faizə qədəri mis, mis və sink, mis və sürmə olan ərintilər şəklində, sinklə (qablaşdırma folqa) və qalay-qurğuşun və qalay şəklində istifadə olunur. 

Dəyəri ikinci ən çox artan əlvan metal alüminiumdur. Alüminiumun dəyəri son bir ildə 64 faiz artıb. Ötən 12 ay ərzində bu vacib metalın bir tonunun qiyməti 1840 dollardan 3014 dollara qədər yüksəlib. 

Qiyməti daha çox artan digər əlvan metallar mis və qurğuşundur. Hər iki metalın dəyəri 41 faiz artıb. 

Qurğuşunun qiyməti son bir ildə 1237 dollardan 1732 dollara kimi artıb. Misin dəyəri isə bu müddətdə 6740 dollardan 9470 dollara qədər yüksəlib. Müqayisə olunan birillik dövrdə sink 29 faizdən çox bahalaşaraq 3 200 dollar, nikel 28 faiz bahalaşaraq 19 300 dollar olub.

Vasif
Sfera.az
     


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevlə Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.   Sfera.az xəbər verir ki, bu bar...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...