\"Çelsi\" Avropa çempionu ilə müqaviləni uzadır

\
İngiltərənin "Çelsi" klubu futbolçusu Jorjinyo ilə müqavilənin müddətini uzatmağa yaxındır.

"Report" İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər artıq danışıqlar prosesinə start verib.

30 yaşlı yarımmüdafiəçinin "zadəganlar"la hazırkı sözləşməsi 2023-cü ilin yayında başa çatır.

Qeyd edək ki, Jorjinyo 2018-ci ildən "Çelsi"nin formasını geyinir. O, Avropa çempionatında İtaliya millisi ilə çempion olub.
 

OXŞAR XƏBƏRLƏR