No Image
No Image

Elnur Aslanov Azad Rəhimovla bağlı ürək sözlərini paylaşdı

Elnur Aslanov Azad Rəhimovla bağlı ürək sözlərini paylaşdı
"Son günlərdə sosial şəbəkələrdə demək olar ki, hər kəs Azad Rəhimovla bağlı xoş xatirələrini bölüşür. Lakin çox təəssüf ki, Azad müəllim artıq aramızda deyil. Ən gözəl xatirələri təklikdə bölüşmək necə də əzablıdır". 

Sfera.az-ın Qaynarinfo-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Prezident Adminstrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov bildirib. Gənclər və İdman naziri Azad Rəhimovun vaxtsız vəfatı ilə ilə bağlı üzüntülərini paylaşan Elnur Aslanov deyib:

"Belə bir deyim var, yaxşı dostlar sağlamlıq kimdir, ancaq itirildiyi zaman fərqinə varır insan. Bizlər də ancaq Azad müəllimi itirdiyimizdə necə bir insanı itridiyimizin fərqinə vara bilmişik.

Xoşbəxtəm ki, mənim Azad müəllimlə 15 illik işgüzar və səmimi dostluğum olub. Bu illər ərzində həm yaxşı dost, həm fədakar bir insan tanımışam. Ancaq heç vaxt bunun sadəcə mənə bəxş olunan bir lütf olduğunu düşünməmişəm. Çünki Azad müəllim ətrafındakı hər kəsə, bəlkə də üzünü görmədiyi minlərlə Azərbaycan gəncinə münasibətdə məhz bu cür, qayğıkeş, səmimi və gülərüz idi. 

Azad müəllimlə bir çox layihələrdə, səfərlərdə və gənclər təşkilatlarının formalaşmasında birgə iştirak etməyim bu dəyərli insanı daha yaxından tanımağa, onunla mehriban dost olmağa imkan vermişdi. O, təkcə pozitiv ruhu və sadəliyi ilə yox, həm də xarakteri və düşüncə tərzi ilə hər kəslə dil tapmağı bacaran, öz vəzifəsinin öhdəsindən layiqincə gələn şəxsiyyət idi.
Yaxşı dost həm də öz əməli, davranışı ilə bizə nələrisə öyrədən, örnək olmağı bacarandır deyirlər. Hər zaman başqalarının köməyinə çatan, gənclə gənc, böyüklə böyük olmağı bacaran Azad müəllim bu mənada əsl dostluq nümunəsi idi. Öz həyat təcrübəsini işində göstərməklə, gənclərin problemlərinə, onların istər sosial, istərsə də peşəkar layihə və təşəbbüslərinin həyata keçirilməsinə kömək etməklə onu tanıyan hər kəs üçün nümunə olmağı bacarmışdı. 

Uzun illər gənclər və idman sahəsini öz çiyinlərində daşımağı bacaran Azad müəllim, gənclərlə və hətta deyərdim hər bir şəxslə münasibətdə vəzifə və mövqe fərqini aradan qaldıran, təvazökar və qayğıkeş bir insan idi. Məhz bu keyfiyyətləri ilə Azad Rəhimov Azərbaycanın gənclər və idman sahəsində uğurlarının əsas səbəbkarlarından biri idi. Məkanı Cənnət olması diləyi ilə. 

Allah Sizə rəhmət eləsin, cənab Nazir, əziz Dost!"
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ermənilərin maraqlarına xidmət edənlərin Azərbaycana qarşı QƏRƏZİ

Aprelin 13-də "The Guardian” qəzetində dərc edilmiş məqalədə Azərbaycan hakimiyyətinin saxta trollardan istifadə etməsi barədə fikirlər yer almışdır. Müəllif bi...

Bayramov sərhəddəki gərginliklə bağlı tacikistanlı həmkarı ilə danışdı

Bu gün nazir Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı baş tutub. Sfera.az xəbər verir ki, bu barədə XİN məlumat ya...

İlham Əliyev: Udi xalqının çox böyük tarixi mirası var

Udi xalqının çox böyük tarixi mirası var. Sfera.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 15-də Qəbələnin Nic qəsəbəsində yerləşən Müqədd...

Mehriban Əliyeva Qəbələ səfərindən paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gəliblər.  ...

Ermənistan parlamentinin bəyanatı ilə bağlı AÇIQLAMA: "Bu şikayətlərin nəticəsi olmayacaq"

Xəbər verdiyimiz kimi Ermənistan parlamenti yekdilliklə Azərbaycanın Ermənistanın suveren ərazilərinə "təcavüzü" barədə Birgə Bəyanat qəbul edib. "Çiçəklənə...

Prezident Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəd...