Elnur Allahverdiyevin namizədliyi təsdiqləndi
Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərdən daha birinin-Elnur Marat oğlu Allahverdiyevin də namizədliyi qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.
Qeyd edib ki, namizədliyi 17 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.
"17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyim qeydə alındı. İmzatoplama kampaniyasında dəstəyini əsirgəməyən, etimad göstərən, imza atan hər kəsə dərin minnətdarlığımı bildirirəm. İmzatoplama kampaniyası həm də seçicilərlə namizəd kimi ilk ünsiyyət imkanı idi. Vətəndaşlarla təmasda olmaq, onların düşüncələrini, istəklərini öyrənmək, gözləntilərini bilmək olduqca maraqlıdır. Biz bu yola məhz insanların ümidlərini doğrultmaq, gözləntilərini reallığa çevirmək üçün çıxdıq. Bir daha əziyyəti keçən hər kəsə təşəkkür edirəm!”.
Qeyd edək ki, E. Allhaverdiyev hazırda Heydər Əliyev Mərkəzinin direktorunun müşavirdir.
Onun namizədliyi son vaxtlara 17 saylı Yasamal üçüncü seçki dairəsindən millət vəkili olan və hazırda Yasamal rayon İcra Hakimiyyətinin başçısı işləyən Elşad Həsənovun dairəsindən verilib.
Xatırladaq ki, E. Allahverdiyev əslən zərdablı olan sabiq deputat, mədəniyyət nazirinin eks müavini, keçmiş Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sabiq sədri Marat Allahverdiyevin oğludur. (etikxeber.az)