Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib - Fotolar

Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib - Fotolar
 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib.

Sfera.az xəbər verir ki,  sosial məsafənin qorunması və Nazirlər Kabineti yanında Operativ Qarargahın təlimat və tövsiyyələrinin nəzərə alınması ilə keçirilən qəbul Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının binasında baş tutub. Deputat seçiciləri fərdi qaydada dinləyib, onların qaldırdıqları məsələlərlə maraqlanıb. 

Covid-19 pandemiyası ilə əlaqədar seçicilərlə görüşün intensivliyi və kütləviliyinin məqsədəuyğun olmadığını nəzərə alaraq dairə sakinləri ilə ünsiyyət videobağlantı və fərdi qaydada davam etdirilir. Seçiciləri maraqlandıran problemlər sırasında  hüquqi yardım, mənzil təminatı, sosial müavinətlərin alınması, məşğulluq məsələləri çoxluq təşkil edib. E.Allahverdiyev dairə sakinlərinin qaldırdıqları problemlərlə yaxından maraqlanacağını və həllinə nail olmağa çalışacağını bildirib. 

Qeyd edək ki, may ayında E.Allahverdiyevə seçiciləri tərəfindən 456 müraciət daxil olub, bunlardan 452-i həllini tapıb, 3-ü deputat sorğusu ilə icra orqanlarına yönəldilib, biri isə əsassız hesab olunub. Ümumiyyətlə, son 3 ayda millət vəkili və komandasının üzvləri 1815 ailədə olublar.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Prezidenti Gəncədə zavodun açılışını etdi

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə "NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və...

ABŞ koronavirusa görə Azərbaycana yardım göndərib - FOTO

 ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer və USAID Azərbaycandakı missiyasının direktoru Cey Sinqx Azərbaycan Qızıl Aypara cəmiyyətinin Bakıda yerləşə...

İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin sammitində iştirak edib

 İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammiti keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezident...

İlham Əliyev 28 May - Respublika Günü ilə bağlı paylaşım edib - FOTO

 Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkəsində 28 May - Respublika Günü münasibətilə paylaşım edib. Sfera.az xəbər verir ki, payla...

İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahında - FOTOLAR

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən quru...

Azərbaycanın 100 vətəndaşı Polşadan təxliyə edildi - FOTOLAR

 "Azərbaycan Hava Yolları" (AZAL) ölkə vətəndaşlarının vətənə qaytarılması üçün çarter reysləri həyata keçirməyə davam edir. Şirkətdən Sfera.az-a ver...