Elnur Allahverdiyev Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib

Elnur Allahverdiyev Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib

Millət vəkili Elnur Allahverdiyev Milli Məclisin plenar iclasında Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

 

 

Sfera.az xəbər verir ki, millət vəkili bu haqda özü məlumat verib:

 

"Göstərilən bu böyük etimada görə Milli Məclisin rəhbərliyinə və həmkarlarıma hədsiz təşəkkürümü bildirirəm. Var gücümlə çalışacağam ki, zəngin parlamentarizm ənənələrimiz və ölkəmizin reallıqlarının Çexiya ictimaiyyətinə çatdırılmasında töhfəm olsun.

Hörmətli seçicilərim! Əmin ola bilərsiniz ki, dövlətimizin və xalqımızın maraqları bu istiqamətdəki fəaliyyətimin prioritet hədəfi olacaq.

Biz birlikdə güclüyük!”


OXŞAR XƏBƏRLƏR