Elnarə Abdullayevadan qalmaqallı sözlər: Gəlin qayınananın sözünü “yeyə” bilmirsə, çıxıb getsin

Elnarə Abdullayevadan qalmaqallı sözlər: Gəlin qayınananın sözünü “yeyə” bilmirsə, çıxıb getsin
Əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan "Gündən-günə” proqramında işlətdiyi ifadələr izləyicilərin qınağına səbəb olub.  

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən proqramda qonaq olan xanəndə cəmiyyətin həssas mövzularından birinə - gəlin, qayınana və qayınata məsələsinə toxunub.  

Onun səsləndirdiyi iradlar yanında əyləşən digər qonaq, Xalq artisti Elmira İsmayılovanı hiddətləndirib. 

"Əgər görürsən ki, sən qayınananın sözünü "yeyə” bilmirsən, qayınatanın sözünü həzm edə bilmirsən, övladım, götür, yığ şələ-küləni, çıx, get evdən”, - deyə Elnarə bildirib.  

Əməkdar artistin bu çıxışı Xalq artistinin xoşuna gəlməyib.  

E.İsmayılova üzünü E.Abdullayevaya tutaraq etirazını bildirib:  

"Gəlin çıxıb hara getməlidir? O, axı ailə həyatı qurub, bu evə gəlin gəlib. Mən sənin bu fikirlərinlə razılaşmıram. Əgər bir qız bir ailəyə gəlin gəlibsə, evdəkilər ona nə desələr, başından vursalar da belə o susmalıdır? Bu, əsla belə olmamalıdır. Niyə susmalıdır?”  

Elnarə isə Xalq artistinin iradına eyni fikirləri səsləndirməkdə davam edib: 

"Qayınananın sözünü "yeyə” bilmirsənsə, gəlməmisən ki, ocağı (həyat yoldaşının evini – red.) dağıtmağa? Övladım, "yeyə” bilmirsənsə sözlərini, o zaman dur, çıx, get. Əgər gəlin bir damın altında qayınana və qayınatı ilə yaşayırsa, orda sözsüz ki, qayınana və qayınatanın sözü keçməlidir”.  

Qalmaqallı dialoq sosial şəbəkədə müzakirə predmetinə çevrilib.  

Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevanın qatıldığı bir çox verlişlərdə səsləndirdiyi fikilər izləyicilər tərəfindən birmənalı qarşılanmır. Bir müddət öncə "oğlumu şou əhlindən olan qızla evləndirmərəm” sözləri də qalmaqala səbəb olmuşdu.  

Şou nümayəndələrin əksəriyyəti Elnarə Abdullayevanın bu fikirlərinə etiraz edərək, incəsənət nümayəndəsinin bu cür ifadələr işlətməsinin yanlış olduğunu bildirmişdilər.
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...

"Rusiya, Azərbaycan, Türkiyə və İran Qərbə qarşı birləşməlidir" - Korotçenko

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar". Sfera.az xəbər ve...