Elmar Vəliyevin qapısı bağlı qalan villası – Fotolar

Elmar Vəliyevin qapısı bağlı qalan villası – Fotolar
Bir zamanlar o küçədə özünün, ailəsinin və evinə gələn qonaqlardan başqa kimsənin avtomobili görünməzdi. Baxmayaraq, onunla bərabər o küçədə qonşuları da ondan əvvəl yaşayıb.

Amma onlar çarəsiz idilər. Söyüşcül başçsının qəzəbinə tuş gəlməmək üçün "lənət şeytana” deyib, evlərinə girirdilər.

Halbuki, Elmarın onlara qonşu gəldiyini eşidəndə çox sevinmişdilər. Çünki, şəhərin yeni rəhbəri ilə qonşu olmaq hər sakinə nəsib olmur.

Amma bu sevinci Vəliyev öz qonşularına belə çox gördü.

Əvvəlcə öz villasını inşa etdirdi. Sonra həyətini genişləndirmək fikrinə düşdü. Qonşularına mənzillərini ona satmalarını tələb etdi.

Zorən razılaşanlar oldu. Amma o evini belə hallalıqla tikmədi. Evini, torpağını ona satanların pullarının bir qismini vermədi.

Gəncə məhkəmələri isə o adamların iddialarını icraata götürməkdən imtina etdi. Çarəsiz, biçarə gəncəlilər "ilahi ədalət var” deyə gözlədilər.

Dostoyevski "Bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, o saray tar-mar olacaq” fikrini sanki bu adam üçün yazmışdı.

Elmarın uçurub, dağıtdığı o evlərdə bəlkə də nə qədər məsum körpənin göz yaşı axmışdı.

O göz yaşları Elmarın sarayının qapısını bağlı qoydu.

İndi  o villanın tikildiyi küçə qələbəliyi xatırladır. Park edilən avtomobillər, siqnal səsləri və gündəlik çörək puluna dayanan "parkovşik”…

O villa Gəncəyə rəhbər təyinatından sonra 40 günə inşa olunmuşdu və qısa zamanda tam şəraiti ilə Vəliyevlər ailəsinin ixtiyarına verilmişdi.

Bir zamanlar nəinki, yaşadığı mənzilin qarşından keçmək, ona baxanda belə polis və qoruyucular tərəfindən sorğu-suala tutulanlar var idi. İndi bunlar yoxdu. İnsanlar sakit həyatlarını yaşayır. Nə onları hədələyən polislər, nə də o polisləri küçə söyüşləri ilə söyən Elmar və Məharət cütlüyü var.

Deyirlər evindən küsüb, gəlmir.

Qapısı bağlıdır. Evinin işıqları yanmır. Darvazasının tutacaqları belə  toz içindədir.

Gununsesi.org


OXŞAR XƏBƏRLƏR

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...