“Elmar Məmmədyarov vəzifədən çıxarılmalıdır...” – XİN ətrafında baş verənlərə ekspert rəyləri

“Elmar Məmmədyarov vəzifədən çıxarılmalıdır...” – XİN ətrafında baş verənlərə ekspert rəyləri

"Bu sahədə ciddi, köklü dəyişikliklər etməyin zamanıdır”.


Sfera.az-a açıqlamasında bu sözləri DTX-nın XİN-də keçirdiyi əməliyyatı korrupsiyaya qarşı mübarizə fonunda dəyərləndirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib:

 

"Azərbaycanın bugünki dövlət siyasətini yürütməyinin, xaricdə bunu həyata keçirməyinin, bu sahədə faydalı iş görməyin vaxtı çatıb.Təəssüf ki, bu istiqamətdə gecikirik.Proses göstərdi ki, cəmiyyətdə sözügedən nazirliklə bağlı mövcud narahatlıq əsassız deyilmiş.

 

Həqiqətən də burada da müəyyən nöqsan və qüsurlar var. Korrupsiya cəhdləri, ölkənin maraqlarının tapdanması halı, yerində olmayan çoxsaylı kadrlar var. Bunlar hamısı araşdırılıb nəticə çıxarılmalıdır. XİN əsas döyüş sahəmizdir. Diplomatiya ən vacib sahələrdən biridir. Ona görə də diplomatik istiqamətdə geriləməyimizin əsas səbəbi də nazirliyin strukturunda mövcud olan nöqsanlardır. Yoxlamalar da onu göstərir ki, deyilənlər öz təsdiqini tapmaqdadır”.

 

"Korrupsiya və rüşvətxorluğa qarşı gedən mübarizə tədbirləri içərisində DTX-nın Xarici İşlər Nazirliyində apardığı əməliyyat da yer alır”


Bunu isə sayta açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı söyləyib:

 

"Baş verənlərlə bağlı geniş rəsmi məlumat verilmədiyndən prosesin miqyası və mahiyyəti üzərində geniş dayana bilməyəcəyik.Ancaq görünən odur ki, illərdən bəri XİN-də baş verən hadisələr ən müxtəlif səviyyələrdə gündəliyə gəlib, ictimailləşib, informasiya vasitələrində yer alıb.

 

Nəhayət DTX-ya XİN-lə bağlı daxil olan siqnallar araşdırılıb və kifayət qədər əsas olduğundan sözügedən əməliyyat aparılıb. Əməliyyatın aparılması və konkret nəticələri barədə rəsmi məlumatları gözləməliyik. Ondan sonra artıq proses ətrafında müəyyən fikirlər söyləmək olar”


"XİN-də kadr dəyişikliyi gözlənilir”


Bu fikirlər ictimai-siyasi xadim Bəxtiyar Hacıyevə məxsusdur:

 

"XİN-dəki hadisəni DTX-nın əvvəlki əməliyyatlarının davamı kimi qiymətləndirmək lazımdır. Hələ ki, DTX-nın saxlanılan şəxslərin hansı əməllərdə təqsirləndirildiyi barədə rəsmi açıqlaması yoxdur. Amma ümumiyyətlə, müxtəlif idarələrdə korrupsiyanın baş alıb getdiyi barədə çoxsaylı informasiyalar var. Hətta bir çox gənc diplomatlar olub ki, onlar korrupsiya əməlinin qurbanı olub və ölkədə qalıb dövlətə xidmət edə biləcəkləri halda, tərk edib qürbətdəki dövlətlərdə beynəlxalq təşkilat, özəl qurumlarda işləməyə məcbur olublar.Buna görə də DTX-nın bu əməliyyatında təəccüblü və yeni bir şey yoxdur.

 

Həmsöhbətimiz hesab edir ki, XİN-də ən yüksək səviyyədə kadr dəyişikliyi gözlənilir:

 

"Bir dövlət qurumunda belə miqyasda əməliyyat keçirilir və orada nöqsanlar, korrupsiya halları aşkarlanırsa, mütləq mənada qurumun rəhbərliyində dəyişikliklər olmalıdır.Mətbuat və sosial şəbəkələrdə XİN rəhbərinin övladlarının ABŞ-kı milyonluq mülklər alması barədə məlumatlar, habelə diplomatların bir çoxu ilə əlaqədar bənzər iddiaların səslənməsi fonunda həmin qurumda rəhbərlik mütləq dəyişməlidir. Amma onu da başa düşürük ki, Azərbaycanda bir çox hallarda belə qərarlarsiyasi qərar olaraq verilir. Bəzi hallarda qurum daxilində böyük həcmdə korrupsiya halları aşkarlansa da, qurum rəhbərliyi prosesdən sağ çıxa bilir”.

  

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...