Elmar Məmmədyarov: \"Somalidə ehtiyacı olanlara dəstəyi davam etdirməyə hazırıq\"

Elmar Məmmədyarov: \
"Azərbaycan Somalidə və bölgənin digər ölkələrində ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır".
 
 
Sfera.az report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında çıxışı zamanı deyib.
 

Onun sözlərinə görə, Somalidəki qaçqın və məcburi köçkünlər üçün uzunmüddətli həll yollarının tapılması səylərinin artırılmasına ehtiyac var: "Somalidə humanitar vəziyyətin pisləşməkdə davam etməsindən ciddi narahatıq. İqlim dəyişikliyi Somalidə tez-tez quraqlığa səbəb olur, insanları demək olar ki, hər iki ildən bir evlərini tərk etməyə məcbur edir. Azərbaycan müvafiq hökumətlərin və beynəlxalq təşkilatların, Afrikanın Buynuzundakı, o cümlədən bölgənin ən çox zərər çəkmiş ölkəsi olan Somalidəki humanitar böhranın aradan qaldırılmasına yönəlmiş müraciətlərinə cavab verib. 

2012-ci ildə Azərbaycanın paytaxtında yerləşən İKT ilə əlaqəli bir qurum olan İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya Regional Mərkəzi Azərbaycan hökumətinin dəstəyi ilə Somalidəki quraqlıq qurbanlarının 1 aylıq ərzaq təhlükəsizliyinin təmin olunması ilə nəticələnən xeyriyyə aksiyasını təşkil edib. 

Azərbaycanın ADA Universiteti dövlət quruculuğunun möhkəmləndirilməsi üçün vacib olan sahələrdə gənc Somali mütəxəssisləri üçün tam əhatə olunan təhsil təqaüdü verir. Beynəlxalq ictimaiyyətin Somaliyə dəstəyini davam etdirməsi vacibdir. Eyni zamanda, bütün tərəflər maneəsiz humanitar girişə icazə verməli və yerli əhalinin və onlara kömək edənlərin təhlükəsizliyini təhdid edən hərəkətlərdən çəkinməlidirlər". 

OXŞAR XƏBƏRLƏR

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...