Elmar Məmmədyarov: "Somalidə ehtiyacı olanlara dəstəyi davam etdirməyə hazırıq"

Elmar Məmmədyarov:
"Azərbaycan Somalidə və bölgənin digər ölkələrində ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır".
 
 
Sfera.az report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında çıxışı zamanı deyib.
 

Onun sözlərinə görə, Somalidəki qaçqın və məcburi köçkünlər üçün uzunmüddətli həll yollarının tapılması səylərinin artırılmasına ehtiyac var: "Somalidə humanitar vəziyyətin pisləşməkdə davam etməsindən ciddi narahatıq. İqlim dəyişikliyi Somalidə tez-tez quraqlığa səbəb olur, insanları demək olar ki, hər iki ildən bir evlərini tərk etməyə məcbur edir. Azərbaycan müvafiq hökumətlərin və beynəlxalq təşkilatların, Afrikanın Buynuzundakı, o cümlədən bölgənin ən çox zərər çəkmiş ölkəsi olan Somalidəki humanitar böhranın aradan qaldırılmasına yönəlmiş müraciətlərinə cavab verib. 

2012-ci ildə Azərbaycanın paytaxtında yerləşən İKT ilə əlaqəli bir qurum olan İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya Regional Mərkəzi Azərbaycan hökumətinin dəstəyi ilə Somalidəki quraqlıq qurbanlarının 1 aylıq ərzaq təhlükəsizliyinin təmin olunması ilə nəticələnən xeyriyyə aksiyasını təşkil edib. 

Azərbaycanın ADA Universiteti dövlət quruculuğunun möhkəmləndirilməsi üçün vacib olan sahələrdə gənc Somali mütəxəssisləri üçün tam əhatə olunan təhsil təqaüdü verir. Beynəlxalq ictimaiyyətin Somaliyə dəstəyini davam etdirməsi vacibdir. Eyni zamanda, bütün tərəflər maneəsiz humanitar girişə icazə verməli və yerli əhalinin və onlara kömək edənlərin təhlükəsizliyini təhdid edən hərəkətlərdən çəkinməlidirlər". 

OXŞAR XƏBƏRLƏR

Avtomobil nömrəsi ilə SMS icazə alınması üçün yeni qanun layihəsi hazırlanır

 "Vətəndaşlara tövsiyə edirik ki, iyulun 5-dən SMS-lə icazə alarkən avtomobillərinin dövlət nömrə nişanını da yazsınlar”. Sfera.az xəbər verir ki, bu...

İlham Əliyev: Pandemiya şəraitində həmrəylik vacibdir

Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir. Sfera.az xəbər verir ki, bunu Prezident İlh...

Dövlət başçısı: “Dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir”

 "2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola "Dəmir İpək yolu” deyi...

Deputat: “Prezidentin təşəbbüsü COVID-19-la qlobal mübarizədə dönüş nöqtəsi olacaq”

 "Prezident İlham Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaq hər zaman regional və qlobal problemlərin həllini diqqət mərkəzində saxlayıb, bunun üçün səyl...

Prezident mətbuatla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sfera.az-ın məlumatına görə, Sərənc...

Ekspert: “Ordumuzun silahı təzə, texnikası müasir, döyüş ruhu yüksəkdir”

 "Azərbaycan son illərdə ordu quruculuğunda bir sıra ciddi uğurlara imza atıb". Bunu "Report"a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib. ...