Elman Rüstəmov dünyada ikinci yeri tutdu

Elman Rüstəmov dünyada ikinci yeri tutdu
 

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov dünya mərkəzi banklarının sədrlərinin reytinqində B kateqoriyada qərarlaşıb.

"Report” xəbər verir ki, bu barədə "Global Finance” jurnalının hazırladığı "Central Banker Report Cards 2019” hesabatında qeyd edilib.

Hər il hazırlanan hesabatda bu il ümumilikdə 94 ölkənin mərkəzi bankının sədri yer alıb. Sədrlərin dərəcələndirliməsi "A”dan "F”dək müəyyənləşib ki, bu zaman onların inflyasiyaya nəzarət, iqtisadi inkişaf məqsədləri, məzənnə sabitliyi və faizin idarə edilməsi sahələrində uğurları nəzərə alınır.

Bu baxımdan "A” kateqoriyası ən yaxşı, "F” isə ən pis nəticə olaraq götürülür.

Bütün bunlar nəzərə alınaraq Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov "B” kateqoriyasında qərarlaşıb. Xatırladaq ki, 2018-ci ildə də AMB sədri eyni yerdə idi.

Builki sıralamada "A” kateqoriyasında Avstraliya, Honduras, İslandiya, Küveyt, Livan, Meksika, Mərakeş, Rusiya, Cənubi Koreya və Tayvan yer alıb. Qonşu Gürcüstan "A”da qərarlaşsa da Ermənistan ümumiyyətlə siyahıya daxil edilməyib. Sonuncu "F” kateqoriyasında isə Venesuela qərarlaşıb. "Global Finance” jurnalı Baham, Şərqi Karib, Paraqvay, Macarıstan, İsveç, İndoneziya, Yaponiya, Malayziya, Şri-Lanka, Tailand, Anqola, Qana, Madaqaskar, Mavritaniya, Oman, Cənubi Afrika Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi banklarının sədrlərini Elman Rüstəmovun qrup yoldaşı kimi qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...