Elm bunu da bacardı: Günəş işığından maye yanacaq alındı – VİDEO

Elm bunu da bacardı: Günəş işığından maye yanacaq alındı – VİDEO
İsveçrənin Sürix şəhərində Federal Texnologiya İnstitutu Günəş işığından yanacaq istehsal edə bilən sistem hazırlayıb.
 
Sfera.az xəbər verir ki, bu barədə "Nature” məlumat yayıb.

Məlumata görə, İsveçrədə yaradılmış reaktor havadan su və karbon qazını tuta və maye yanacaq paylaya, günəş işığından enerji kimi istifadə edə bilir. Parabolik konsentratorun istifadəsi sayəsində qurğu günəş işığının şüalarını fokuslayaraq, 500 dərəcə selsi temperatur yaradır. Xüsusi reaktorun içərisində daxil olan su və CO2-dən oksigeni udan, daha sonra karbon monoksit və hidrogen istehsal edən serium oksid keramika elementi var. Bu elementlər sonda maye yanacağa çevrilir.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR