Elm adamlarından ŞOK İDDİA: \"İnsanlar 150 ildən də çox yaşaya bilər\"

Elm adamlarından ŞOK İDDİA: \
İsveçrə Federal Texnologiya İnstitutunun professoru Antoni Davison hər kəsdən gizlədilən araşdırmanın detallarını açıqlayıb.
 
Sfera.az bildirir ki, Davison sonsuz yaşamın olduğunu, lakin bu məlumatın insanlarla paylaşılmadığını iddia edib. O qeyd edib ki, insanların 130 yaşa çatması və bundan daha çox yaşaması qarşısında nəzəri baxımdan heç bir əngəl yoxdur. Yəni insan üçün 150 yaşı belə, son hədd kimi göstərmək doğru olmaz. 

Davisonun rəhbərlik etdiyi araşdırma komandası 105 yaşına çatanlar və 110 yaşından sonra da həyatda qalanlar haqqında məlumatları incələyib. İlk mərhələni 13 fərqli ölkədən 110 yaşını ötmüş mindən çox insanın məlumatları təşkil edib. İkinci mərhələdə isə  2009- 2015-ci illər arasında 105 yaşını tamamlayan bütün italyanların məlumatlarına baxılıb. 

Araşdırmalar göstərib ki, yaş artdıqca ölüm riski durmadan artsa da, bu risk sonda sabit olaraq qalır və nəticədə ölüm ehtimalı və sağ qalma şansı bərabər nisbətdə olur. 

Digər tərəfdən Davison planetin hazırkı vəziyyətində 110 yaşında olan insanın belə, 130-a çatmağını "milyonda bir” ehtimal kimi dəyərləndirib. O bildirib ki, böyük tibbi və sosial inkişaf reallaşmazsa, insanların 130 ildən çox yaşaması mümkün görünmür.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR