Əllərdəki ləkələri yox edən asan və ucuz 3 ÜSUL

Əllərdəki ləkələri yox edən asan və ucuz 3 ÜSUL

Əllərin üzərindəki qəhvəyi ləkələr çox vaxt yaş irəlilədikcə meydana çıxır. Amma bu ləkələrin yaranmasında başqa səbəblər də var. Məsələn, günəş şüaları. Aile.lent.az əldə yaranan bu ləkələri yox etmək üçün daha asan və ucuz başa gələn bir neçə üsul təqdim edir.

Aloe vera geli

Bildiyiniz kimi, əllərimiz bir çox xarici təsirlərə məruz qalır. Nəticədə günəş və quruluq başda olmaqla digər amillər biz fərqinə varmadan qara nöqtələrin yaranmasına səbəb olur, bu ləkələr də tədricən yavaş-yavaş görünən hala gəlirlər. Bu da əlləri çirkin və  daha yaşlı göstərir.

Əgər hər gün əlinizə bir az aloe vera geli sürtsəniz, dərinizin yavaş-yavaş yenilənməsinə yardımçı ola bilərsiniz. Bu təbii gel qüvvətləndirici təsiri ilə ləkələri yox edərək əl dərisini müalicə edir. Hər gün istifadə edildiyi təqdirdə ən yaxı işə yarayan bir üsul sayılır. Dərinizi günəşdən qoruyur və əllərinizdə vaxtından əvvəl yarana biləcək yaşlılıq əlamətlərinin yaranmasının qarşısını alır.

Limon suyu

Limon suyu antik dövrdən bəri möcüzəvi təsirinə görə istifadə edilən məhsuldur. Dəri ağartmaq kimi möcüzəvi təsiri var. Limon suyunu gecə vaxtı istifadə edin. Çünki limon suyu sürtülmüş dəri günəşlə təmas edərsə, mənfi reaksiya verə bilər.

Yarım limonun suyunu iki dilim xiyar ilə qarışdırın. Ardından limon suyu ilə islanmış xiyar dilimlərini əllərinizin üzərinə qoyun və 20 dəqiqə saxlayın. Sonra əllərinizi yuyun.

Alma sirkəsi

Bir yemək qaşığı alma sirkəsini götürün və bir yemək qaşığı nəmləndirici kremlə qarışdırın. Normal günlərdə istifadə etdiyiniz nəmləndirici krem də ola bilər. 10-15 dəqiqə əllərinizə masaj edin. Gecə boyunca əllərinizdə saxlayın. Əllərinizdəki ləkələri ortadan qaldırmaq üçün yararlı üsuldur.

Oksigenli su

Bunu edərkən diqqətli olun, çünki bəzi insanlarda oksigenli suya qarşı allergik reaksiya ola bilər. Oksigenli suya batırılmış pambığı əllərinizin üzərinə qoyun və dərinin oksigenli suyu çəkməsini gözləyin. Əllərinizi yumayın, gecə elə saxlayın.


OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....