Əliyevlə Putin Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə etdilər

Əliyevlə Putin Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə etdilər
Rusiya Prezidenti Vladimir Putin son iki gündə Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında Rusiya sülhməramlılarının fəaliyyəti, Dağlıq Qarabağda humanitar yardımın göstərilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

Sfera.az xəbər verir ki, bu barədə  Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiyalı sülhməramlıların Dağlıq Qarabağ bölgəsində fəaliyyətinin modallığı və əhaliyə humanitar yardımın göstərilməsi üçün əlavə addımlar nəzərdən keçirildi. Həmçinin qarşılıqlı iqtisadi əlaqələr və regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə də toxunuldu”, - deyə Kremldən bildirilib.

Bundan əlavə, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyanla Qarabağda münaqişəsinin tənzimlənməsi ilə bağlı razılaşmaların həyata keçirilməsini, habelə Rusiyanın qurumlararası nümayəndə heyətinin 21 noyabr tarixində Bakı və İrəvana səfərinin nəticələrini müzakirə edib.

OXŞAR XƏBƏRLƏR