Əliyevlə Paşinyan naharda 2 saat nə danışıblar...

Əliyevlə Paşinyan naharda 2 saat nə danışıblar...

Ermənistanın baş nazirinin mətbuat katibi Vladimir Karapetyan Aşqabadda keçirilən MDB sammiti zamanı Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında nahar zamanı baş tutmuş müzakirələrin təfərrüatları barədə danışmaqdan imtina edib.

Virtualaz.org xəbər verir ki, "Qraparak” ("Meydan”) qəzetinin müxbiri bu görüş barədə bir daha Karapetyandan soruşub.

"MDB dövlət başçılarının sammiti çərçivəsində Qarabağa dair nə müzakirə olunub? Format maraqlı idi, söhbət nahar zamanı baş tutub, 2 saata yaxın davam edib, amma heç bir təfərrüatlar yoxdur”,-müxbir sual verib.

-Nəyə görə təfərrüatlar dərc edilməlidir, bir halda ki, dövlət başçıları Qarabağ haqda danışırlar? Bütün təfərrüatları bilmək istəyirsiniz?

-Yox, hamısını deyil, təxmini karkası.

-Nə lazımsa artıq dərc olunub...

-Ancaq o dərc edilib ki, danışıblar, vəssalam, başqa heç nə...

-20 il Robert Köçəryan və Serj Sərkiysan danışıqlar aparıblar, siz bundan artığını eşitmişdiniz? Danışıqlar prosesi konfidensiallığa əməl edilməsini nəzərdə tutur.

-Son vaxtlar ekspert çevrələrində danışıqlar formatının dəyişməsi barədə danışırlar, deyəsən "tet-a-tet” formatını Minsk Qrupunun formatı əvəzləməyə başlayıb. Bu belədir, ya yox?,-müxbir Karapetyandan əl çəkməyib.

-Xeyr, hesab etmirəm ki, bu belədir,-Vladimir Karapetyan söhbəti yekunlaşdırıb.

Xatırladaq ki, Aşqabadda baş tutmuş qeyri-formal müzakirələr barədə Yerevandan yayılmış açıqlamaya əsasən tərəflər təmas xəttində gərginliyin azaldılması, münaqişənin nizamlanması üzrə cari məsələləri müzakirə ediblər.



OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...