Əliyevlə Merkel görüşdü - “Rusiya açar rolu oynayır”

Əliyevlə Merkel görüşdü - “Rusiya açar rolu oynayır”

Almaniyada rəsmi səfərdə olan prezident İlham Əliyev kansler Angela Merkellə birgə mətbuat konfransı keçirib.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Əliyev çıxışında Rusiya ilə əlaqələrə toxunub:

"Azərbaycan Rusiyaya strateji partnyoru kimi baxır. Rusiyanın davranışı da buna tamamilə uyğundur, həmçinin Rusiyanın Minsk qrupunun həmsədri kimi Qarabağ böhranınının nizama salınmasındakı rolu konstruktivdir və pozitivdir”.

Almaniya kansleri Angela Merkel də öz növbəsində qeyd edib ki, Rusiya Dağlıq Qarabağmünaqişəsinin nizama salınmasında açar rolunu oynayır:

"Biz Rusiya hökumətini, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri kimi Amerika, Fransanı Dağlıq Qarabağ münaqişəsinin həllində dəstəkləmək üçün burada öz əlaqələrimizdən istifadə edəcəyik”.


OXŞAR XƏBƏRLƏR