\"Əliyev Ukraynanın yanında olduğunu bir daha sübut etdi\" — Keçmiş səfirdən şərh

\
Ukraynanın maliyyə nazirinin müşaviri, Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev Prezident İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı  sualları cavablandırıb.

Müsahibəsində keçmiş səfir Azər Xudiyev bildirib ki, Azərbaycan Ukrayna münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur.

Sfera.az Azər Xudiyevin Demokrat.az-ın suallarına cavabını təqdim edir:

- Azər müəllim, Prezident İlham Əliyevin Ukraynaya səfərinin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanla Ukrayna arasındakı dostluq əlaqələrinin kökü zəngin tarixə söykənir. Tarixin bütün dönəmlərində istər ölkələrimiz, istərsə də xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hətta belə deyərdim ki, xalqlarımız tarix boyu müstəqillik əldə etmək, öz talelərinə sahib çıxmaq  üçün oxşar və  məşəqqətli yollar keçiblər. Tarix boyu hər iki xalqın düşünən beyinləri, deyən dilləri imperiya dövlətləri tərəfindən kəsilib. Onların müstəqilliyə gedən yollarına daim daş, kəsək atılıb.  Bütün bunlara baxmayaraq hər iki xalq müstəqilliklərinə qovuşmaq üçün ölüm-dirim savaşına qatılıb, nə qədər çətin də olsa öz istəklərinə qovuşublar. Bu baxımdan xalqlarımızın tale oxşarlıqları arasında tarixi paralellər mövcuddur. Baxın, istər 1918-ci ildə, istərsə də 1991-ci ildə ölkələrimiz bir-birinin dövlət müstəqilliklərini tanıyan ilk ölkələr sırasında olublar. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycanla Ukrayna beynəlxalq arenada strateji tərəfdaşlar kimi tanınırlar.

Əlbətdə dünən gün Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Ukraynaya iş güzar səfəri ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verəcək. Bildiyimiz kimi, müstəqillik tarixini qoşa addımlayan iki ölkə arasında ötən 30 ildə iqtisadi, siyasi, elmi, hərbi texniki, energetika, kənd təsərrüfatı və bir çox sahələri özündə ehtiva edən sıx əməkdaşlıq münasibətləri qurulub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 860 milyon dollar dəyərindədir. Təbii ki, bu qane edən rəqəm deyil. Hesab edirəm ki, ölkə başçısının bu səfərindən sonra ikitərəfli iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Səfər çərçivəsində bu dəfə əsas hədəflərdən biri də kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına fokslanıb. Bu gün Ukrayna dünyada ən böyük aqrar ölkələrdən biri hesab olunur. Bu baxımdan Ukrayna gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaş ölkəyə çevrilə bilər. Hesab edirəm ki, bu dəfəki səfər yaxın gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini əsaslı şəkildə yüksəldəcək.

- Sizcə, keçmiş postsovet məkanında cərəyan edən geosiyasi hadisələr fonunda bu səfər Azərbaycan Ukrayna münasibətlərinə necə təsir edəcək? 
 
- Bildiyiniz kimi, bu gün Ukrayna müstəqillik tarixinin ən  gərgin geosiyasi anlarını yaşayır. Qonşu Rusiya ilə münasibətlər pik həddinə çatıb. Hər an iki ölkə arasında aparılan informasiya savaşı real müharibəyə transfer oluna bilər. Təbiiki, belə bir həssas məqamda Azərbaycanın dövlət başçısının Ukraynaya səfər etməsi ölkəmizin etibarlı tərəfdaş kimi, nəinki sözdə,  o cümlədən praktik əməldə də Ukraynanın yanında olduğunu bir daha sübuta yetirdi. Bu, həm də dünya ölkələrinə bir mesajdır ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və  tarixin doğru tərəfindədir.

Bildiyimiz kimi, Azərbaycan region ölkələrlə qarşılıqlı əməkdaşlığın inkişafına böyük maraq göstərir. Bu baxımdan ölkəmiz Qaradəniz və Xəzər hövüzəsi ölkələri ilə iqtisadi əlaqələrin inkişafına real layihələrlə təkan verir. Regionda sabitliyin və dayanıqlı sülhün təmin olunmasına böyük töhfələr veririk. Bu gün bölgədə dost Ukraynanın qayğısı və problemləri kifayət qədərdir. Belə həssas məqamda Azərbaycanın Ukraynanın yanında olması, geosiyasi zərurətdən yox, xalqlarımız və dövlətlərimiz arasında təşəkkül tapmış dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır. Və bu münasibətlərdən çıxış edərək demək olar ki, ölkələrimiz dünyada hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq bundan sonrada  bir birinin yanında olacaqlar.

OXŞAR XƏBƏRLƏR

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...