Elinanın atası haqqında iddia yayıldı

Elinanın atası haqqında iddia yayıldı
Sosial şəbəkələrdə Elina Hacıyevanın atasının qızının ölümünə səbəb olan həkimlərdən şikayəti geri götürmək üçün 90.000 manat təzminat istəməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, həkimlər həmin məbləği ödəsələr, heç kimdən şikayət olunmayacaq.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Open.az-a açıqlama verən ata Ədalət Hacıyev bildirib ki, yayılan informasiya yalandır: "Belə bir şeydən söhbət belə gedə bilməz".


Vəkil Sevinc Əliyeva da saytımıza açıqlama verərək məlumatı yalanlayıb: "Biz hər gün ailə ilə görüşürük. Belə şey ola bilməz. Bizdən də xahiş olunub ki, Elinanın başına gələnlərdə vəzifəsindən asılı olmayaraq kimin günahı varsa, qanun çərçivəsində cəzasını almasına yardım göstərək. Hazırda Bakı Şəhər Prokurorluğunda ibtidai istintaq gedir. İş hələ məhkəməyə çatmayıb. Mübarizəmizin nəticəsini gözləyirik".

Xatırladaq ki, aprelin 4-ü 162 nömrəli məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

OXŞAR XƏBƏRLƏR

"Boşanan insanlar təzyiqlərə məruz qalırlar, çünki..." - Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

"Boşanmaq ikinci ən stressli həyat hadisəsi hesab olunur və insanların emosional rifahına mənfi təsir göstərir. Çox saylı araşdırmalara görə boşanmala...

Azərbaycanda müəllim qəfil VƏFAT ETDİ - FOTO

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.   Məlu...

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...