Elina faciəsindən şou düzəldilməsinə etiraz: REAL-ın icra katibindən açıqlama

Elina faciəsindən şou düzəldilməsinə etiraz: REAL-ın icra katibindən açıqlama
 

"Azərbaycanda təəssüf ki, ciddi ictimai rezonans doğuran məsələlərin hərtərəfli və ədalətli araşdırılmasından daha çox, bu kimi faciələrdən sui-istifadə edərək bir-birilərini suçlamağa hazır olan hətta hakimiyyət daxili qruplar vardır”


Sfera.az-a açıqlamasında bunu məktəbli qız Elina Hacıyevanın ölümü ilə bağlı hadisənin siyasi oyun xarakteri almasına münasibət bildirərkən ReAL Partiyasının icra katibi Natiq Cəfərli deyib. Onun sözlərinə görə, faciə üzərində qurulan belə siyasi oyunlar işin normal araşdırılmasına maneə olmağa xidmət edir:

 

 

"Bu kimi hadisələrdən istifadə edərək bir sıra maraq qrupları bir-birilərini obrazlı desək "vurmağa” çalışırlar. Nəticədə məsələnin məğzi, ciddi hüquqi araşdırmalar bir kənarda qalır, buna baxmayaraq hərə öz mövqeyini bildirməklə sanki cəbhə tutmağa çalışırlar. Belə yanaşmalar ciddi fəsadlara yol aça bilər. Böyük faciə baş verib, bir ailənin, gənc qızın faciəsidir. Həmin faciə detallı şəkildə, heç bir siyasi konyukturaya uymadan araşdırılmalı və onun nəticəsində günahkarlar ədalət məhkəməsi qarşısında cəza almalıdır. Bunun üzərindən aparılan hər hansı bir təbliğat isə həmin işin normal araşdırılmasına maneə olan amilə çevrilir. Ona görə bütün tərəflərdən, həm də dövlətin rəsmi qurumlarından o tələb olunmalıdır ki, məsələ ciddi şəkildə araşdırılsın və hüquqi müstəvidə aparılan araşdırma insanlarda sual doğurmasın”.

 

Qeyd edək ki, 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı-ölümü ilə bağlı məsələ araşdırılan ərəfədə bir çoxları həmin faciədən sui-istifadə edərək ondan özləri üçün siyasi dividend qazanmağa çalışırlar. Bu mənada da deyəsən artıq Elina məsələsi siyasi xarakter almağa başlayır. Bunun ilk təzahürləri də ortadadır. Məsələn, YAP-çı deputat, Aqiyə Naxcıvanlı hadisədə adı hallanan Səbail Rayon icra hakimiyyəti başçısının 1-ci müavini Xalidə Bayramovanı sərt tənqid edib. Dərhal da Yazıçılar Birliyinin sədri Anar X. Bayramovanın müdafiəsinə qalxıb. Digər tərəfdən, Vəkillər Kollegiyasının sədri Anar Bağırovun Elinanın anasını şəxsən qəbul edib, ona müdafiə üçü, birdən-birə ödənişsiz 3vəkil ayırması - bütün bunlar əslində olayın siyasiləşdirildiyindən xəbər verir.

 

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...