\"Əlimiz hər zaman tətikdə olmalıdır” - Köçəryanın \"ədalətsiz sülh\" iddialarına REAKSİYA

\
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Qarabağda ədalətsiz sülhün yeni savaşa səbəb olacağını deyib. O, müharibənin Minsk Qrupu yox, hökumətin uğursuzluğunun nəticəsi olduğunu söyləyib:
 
"Minsk Qrupu hazırda lazımdır. O, Rusiyaya da lazımdır. Qarabağın statusu barədə danışıqların hansı istiqamətdə gedəcəyini demək çətindir. Dünya təcrübəsi göstərir ki, həddən artıq ədalətsiz sülh uzun müddət davam etmir" – deyə, Köçəryan bildirib.

Sfera.az xəbər verir ki, bununla bağlı politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanın müharibədə məğlubiyyəti Robert Köçəryanın "keçmiş şanlı tarixi” üzərindən yekə bir xətt çəkib və o, bunu həzm edə bilmir: 

"Köçəryan gəncliyindən 2020-ci ilin sentyabrın 27-ə qədər nəyin uğrunda mübarizə aparmışdısa, Azərbaycan ordusu erməni qatilinin bütün bu «mübarizəsini» sıfırladı. Köçəryan digər qatillərlə birgə Şuşanı, Laçını, Kəlbəcəri və Dağlıq Qarabağ ətrafındakı digər rayonlarımızı ona görə işğal etmişdi ki, "təhlükəsizlik zolağı” yaratsın və Dağlıq Qarabağın "müstəqilliyinə” nail olsun. 

"Təhlüksəzilik zolağının” ömrü 26 il sürdü və ortadan qaldırıldı, "müstəqillik” xülyası da puç oldu. Yəni Köçəryan nəyin uğrunda mübarizə aparmışdısa, savaşmışdısa, qətliamlar törətmişdisə - hamısı nəinki, ermənilər üçün nəticəsiz qaldı, ermənilərin faciəsinə çevrildi. Ona görə də Köçəryan erməniləri  yenidən "mübarizəyə” səsləməyə çalışır. Aydındır ki, Köçəryandan "mən gərək belə etməzdim, səhv etmişəm” açıqlamasını eşitməyəcəkdik”.

Politoloqun sözlərinə görə, Robert Köçəryanın 10 noyabr bəyanatını Versal sülh müqaviləsi ilə müqayisəsi uğursuzdur: 

"Bəli, Almaniya Birinci Dünya müharibəsinin nəticəsinə görə Versal sülh müqaviləsini imzalamağa məcbur idi və bu Almaniyada revanşist əhval-ruhiyyənin artması, faşistlərin hakimiyyətə gəlməsi – İkinci Dünya Müharibəsinin başlaması ilə nəticələndi. Köçəryanın müqayisəsi ona görə başdan-ayağa qüsurludur ki, Ermənistan Almaniya deyil, qonşu ölkənin əhalisi azalır, Azərbaycanın və Türkiyənin əhalisi isə artır. Ermənistan hansı insani və texniki potensialı ilə bizdən "intiqam” almağa çalışacaq? 

Köçəryanın Versalla bağlı paralellər aparması həm də o deməkdir ki, Ermənistanda da keçmişdə Almaniyada olduğu kimi faşistlər hakimiyyətə gəlib. Azərbaycana qarşı müharibəyə başlayacaq, qətliamlar törədəcək. Yenə də eyni sual gündəmə gəlir. Köçəryan Ermənistanda hakimiyyəti zəbt etsə belə hansı güclə Azərbaycana qarşı savaşacaq?”.

E.Şahinoğlu vurğulayıb ki, indi 1990-cı illər deyil, Azərbaycan da tək deyil:

"Türkiyə ilə hərbi ittifaq qurulub. Biz azad etdiyimiz ərazilərimizi göz bəbəyimiz kimi qoruyacağıq. Türkiyə də torpaqların yenidən işğalına imkan verməyəcək. Buna baxmayaraq, Ermənistanda indi və gələcəkdə Robert Köçəryan kimilərin var olduğunu və var olacağını nəzərə alaraq Azərbaycan öz ordusunu daima gücləndirməli, modern hərbi texnika alınmalı və Türkiyə ilə hərbi ittifaqı daha da gücləndirilməlidir. Yəni əlimiz hər zaman tətikdə olmalıdır”.

Günay
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...