Əliməmməd Nuriyev:\"Bu Fərman QHT-lərin problemlərinin həlli üçün çox mühüm addımdır\" - MÜSAHİBƏ

Əliməmməd Nuriyev:\
Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Bu fərmanın xeyli vaxtdır gündəmdə olan QHT problemlərinin həllinə nə kimi təsir göstərəcəyini, eləcə də QHT-lərə bağlı hansı imkanlar açdığını bilmək məqsədiylə Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platforması koordinatoru Əliməmməd Nuriyev Azvision.az-a müsahibə verib.

Strateq.az aktuallığını nəzərə alaraq, Əliməmməd Nuriyevin həmin müsahibəsini təqdim edir:

 

– Əliməmməd müəllim, 18 beynəlxalq təşkilat Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) İdarə Heyətinə birgə məktub  yazaraq, Azərbaycanın qurumdakı fəaliyyətinin dayandırılmasına çağırış edib. Bununla bağlı Sizin mövqeyinizi bilmək maraqlıdır…

– Biz Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə yönələn xoşniyyətli təşəbbüsləri dəstəkləyirik. Xüsusən, beynəlxalq tərəfdaşların səyləri təqdirəlayiqdir. Bununla belə, bu təşəbbüslər gerçəkdən Azərbaycan vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət etməlidir. Təəssüf ki, bir çox hallarda bu təşəbbüslərin arxasında  siyasi və digər məqamlar dayanır. Bu müraciətə imza atanlar Azərbaycandakı gerçək vəziyyətdən xəbərdar deyillər, yaxud reallığı bilərəkdən təhrif edirlər. Azərbaycan hökuməti Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA) və Açıq Hökumət Tərəfdaşlığı vətəndaş cəmiyyəti platforması çərçivəsində QHT-lərlə sıx əməkdaşlıq edir və onların qaldırdıqları bütün məsələlərin həlli istiqamətində davamlı tədbirləri həyata keçirir. 

İki il əvvəl QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərin praktikada tətbiqi ilə bağlı müəyyən problemlər yaranmışdı. Bu problemlər Koalisiyaya, üzvlərə də təsirsiz ötüşmədi. Bu problemlərə diqqət çəkmək məqsədilə MHŞT Beynəlxalq İdarə Heyəti tərəfindən 15 aprel 2015-ci il tarixdə Azərbaycanın MHŞT-də statusunun "Tamhüquqlu üzv”dən "Namizəd” statusuna aşağı salınması barədə qərar qəbul olundu. 

Əslində QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması idi. Çünki bir sıra QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı ciddi qanun pozuntuları qeydə alınmışdı. Eyni zamanda bır sıra QHT-lər qrant vəsaitlərini təyinatı üzrə istifadə etmir, şəxsi məqsədləri üçün yararlanırdılar. Bu isə ümumilikdə digər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə kölgə salırdı.

– Bu məsələlər barədə məlumatlı şəxslərdən biri kimi, deyə bilərsinizmi ki, Azərbaycan hökuməti QHT-lərin qaldırdığı problemlərin həlli istiqamətində hansı addımlar atır?

– Ötən il  qanunvericiliyə dəyişikliklərin praktikada meydana çıxara biləcəyi problemlərin öyrənilməsi və həlli məqsədiylə təkliflərin hazırlanması, tədbilər görülməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında yalnız QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq Komissiyası yaradılıb.  Komissiya beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin iştirakı ilə bu məsələlərlə bağlı 3 ictimai müzakirə keçirib. QHT-lərin, beynəlxalq təşkilatların təklifləri toplanıb, ümumiləşdirildi. Qanunvericiliyə dəyişikliklərin praktikada tətbiqi zamanı meydana çıxan məsələlərin həll olunması üçün beynəlxalq donorların Azərbaycanda qeydiyyatı, beynəlxalq donorların qrant verilməsi qaydaları və qrant müqavilələrinin qeydiyyatı ilə bağlı qaydaların sadələşdirilməsi barədə təkliflər hazırlandı.

Eyni zamanda "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, QHT təmsilçilərinin və dövlət qurumlarının iştirakı ilə Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub. Platformanın yaradılması barədə Memorandum imzalanıb və Bəyanatı qəbul olunub. Platformanın 2016-cı il 3 oktyabr tarixli toplantısının yekunu ilə bağlı təqdim edilmiş təkliflər paketi Hökumət tərəfindən nəzərdən keçirilib. Hökumət tərəfindən QHT-lər üçün əlverişli şəraitin təkmilləşdirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təsisatları ilə dialoq formatında daimi müzakirələr aparılıb və bununla bağlı konkret addımlar atılıb.

Bununla əlaqədar olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə "bir pəncərə” prinsipinin tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman imzalanıb. Bu Fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox mühüm addımdır. Ümid edirəm, Azərbaycan vətəndaş cəmiyyəti və hökumətinin birgə səyləri beynəlxalq tərəfdaşlar tərəfindən də layiqincə qiymətləndiriləcək.

– Fərmandan sonra hansı işlər görüləcək?

– Bu Fərman QHT-lərin qaldırdıqları problemlərin həllinə dövlətin adekvat reaksiyası kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin bu təşəbbüsü indiyə qədər QHT-ləri narahat edən məsələləri həll edir. Bu Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında olan dialoqun və əməkdaşlığının ən əhəmiyyətli təzahürüdür. 

Fərmana müvafiq olaraq, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq ediləcək. Eyni zamanda  qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin edilməsi üçün tədbirlər görüləcək.

– Bəs, MHŞT İdarə Heyəti tərəfindən təsdiqlənən Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı hansı nəticələr əldə olunub?

– Azərbaycan tərəfi – istər vətəndaş cəmiyyəti, istərsə hökumət – MHŞT İdarə Heyəti tərəfindən təsdiqlənən Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maksimum səy göstərib. Hazırda həyata keçirilən tədbirlərin davamı olaraq, MHŞT Koalisiyasına 15 üzv təşkilatların dövlət qeydiyyatına alınması və onların müvafiq sənədlərinin qeydiyyatdan keçirilməsi məsələləri həll edilib. Koalisiyaya daxil olan 5 QHT-nin xarici donorlardan alınmış qrant müqavilələri dövlət qeydiyyata alınıb və onlara bununla bağlı müvafiq bildirişlər verilib. Bəzi koalisiya üzvlərinin vergi və bank problemləri, o cümlədən hesabları üzərində olmuş məhdudiyyətlər tam aradan qaldırılıb, barələrində açılmış cinayət işlərinə xitam verilib. Bu proses davam edir, eyni zamanda digər məsələlərin həlli üçün də hökumətlə müzakirələr aparılır. Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaranması belə müzakirələr, problemlərin, narahatlıq yaradan məsələlərin açıq, birgə müzakirəsi üçün yeni imkanlar yaradır.

– Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının işi necə qurulacaq?

– Platformanın koordinatoru kimi fəal əməkdaşlığa, açıq müzakirələrə, tərəfdaşlıq təşəbbüslərimizin dəstəklənəcəyinə ümid edirəm. Platformanın yaranması Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, bu prosesdə vətəndaş cəmiyyətinin yaxından iştirakı, digər məsələlərin həllinə yeni imkanlar verir.  Platforma açıq müzakirələr, dialoq və əməkdaşlıq üçün çox əlverişli format və müstəvi təqdim edir. Belə ki, son dəyişikliklər və yeniliklər bu Platformanın uğurunun göstəricilərindəndir. Ümid edirik ki, bu məsələlərdə Platformanın səyləri beynəlxalq tərəfdaşlarımız tərəfindən də dəstəklənəcək. Platforma hər bir QHT üçün açıqdır. Əminik ki, Platforma hər bir QHT üçün müzakirə və əməkdaşlıq imkanlarını təmin edən çox əhəmiyyətli müstəvi kimi, Azərbaycan vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəsini verəcəkdir.

OXŞAR XƏBƏRLƏR

Prezidentdən Anar Axundovla bağlı SƏRƏNCAM - FOTO

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.   Sfera.az xəbər verir ki, bu vəzifə Anar Axundova...

Kayrat Sarıbay: "Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər"

Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərini kollektiv şəkildə həll etməlidir və onunla mübarizədə böyük təcrübəyə malik olan Asiyada Qarşılıqlı Fəali...

Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə APARILDI

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapı...

Zelenski Qərbdən TƏLƏB ETDİ: “Ruslar irəliləyir, bizi silah-sursatla təmin edin!" 

“Ruslar cəbhədə bizə ciddi təzyiq göstərirlər və tədricən irəli gedirlər”.   Sfera.az “TASS” istinadən xəbər verir ki, bunu U...

Fatmayıda OĞURLUQ - 8 manatlıq qızıl və...

Fatmayı qəsəbəsində oğurluq olub.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyəri...

AQEM-in Baş katibi: "COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək"

COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri...