Əlillik yeni modellə müəyyən edilə bilər

Əlillik yeni modellə müəyyən edilə bilər
 

"Səhiyyə Nazirliyi və digər müvafiq qurumlar yanvarın 1-dən ölkədə əlilliyin yeni modellə müəyyən edilməsini planlaşdırırlar".

Sfera.az-ın trend-ə  istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən komitə sədri Hadi Rəcəbli deyib.

Komitə üzvü İlham Məmmədov təklif edib ki, MM-də əlilliyin müəyyənləşdirilməsi üçün həkim ekspertizasının necə olması barədə dinləmələr keçirilsin: "Əlilliyin təyin olunması ilə bağlı bir sıra bürokratik əngəllər götürülüb. Amma bəzən hansısa səbəbdən, bəlkə də texniki səbəbdən əlil insanlara əlillik təyin edilmir. Bu məsələlər dinləmələrdə müzakirə edilməlidir".

İ.Məmmədov qeyd edib ki, özünüməşğulluq strategiyasına yeni trendlər daxil edilsin. Onun sözlərinə görə, turizmdə xidmət sferasını məşğulluq strategiyasına daxil etmək lazımdır.

 

Komitə üzvü Musa Quliyevin sözlərinə görə, sanatoriya-kurort müalicəsinə getmək istəyən əlillərin sayı artıb: "Biz bu məsələnin həllini təmin etməliyik. Gələn ilin büdcəsində bunun üçün maliyyə vəsaiti ayırmalıyıq".


OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...