Əli Kərimli radikal dindarların başına keçdi

Əli Kərimli radikal dindarların başına keçdi

Sentyabrın 17-də özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun növbəti mitinqi keçirildi. Budəfəki aksiyaya sentyabrın 11-də keçirilmiş mitinqdən daha az adam toplaşdı - təqribən 800 nəfər.

 

Keçən dəfə iştirakçı sayının az olmasını guya prosesin başlanğıc mərhələdə olması ilə əlaqələndirən mitinq təşkilatçılarının köməyinə bu dəfə yağış çatdı. Başda Əli Kərimli olmaqla, digər çıxış edənlər pərt olduqlarını gizlətmək üçün tez-tez "təbiətin şıltaqlığı" deməkdən başqa söz tapa bilmədilər. Adi bir yağış nə vaxtdan təbiətin şıltaqlığı sayılıb? Bəlkə "Məhsul" stadionuna musson yağışları yağırdı?

Mitinqdə yenə ənənəvi absurd bəyanatlar səsləndirildi. Az qala, dünya maliyyə-iqtisadi böhranına son qoyacağını vəd edən Əli Kərimli çıxışında yaxın keçmişi də unutdu, ya da yaddaş problemi yaşayır. Belə ki, yaxın tarixi hadisələri utanmadan təhrif etməyə çalışan Kərimli Dağlıq Qarabağın işğalında da indiki hakimiyyəti günahlandırmağa çalışdı. Halbuki, Azərbaycan ərazilərinin erməni silahlıları tərəfindən işğal olunmasının AXC-Müsavat hakimiyyətinin səriştəsiz siyasətinin nəticəsi olduğu hər bir azərbaycanlıya məlumdur.

 

Maraqlıdır, Əli Kərimli oğlunun ABŞ-da Azərbaycanın erməni silahlıları tərəfindən işğal olunmuş torpaqlarında yaradılmış qondarma rejimin "rəhbər"inin oğlu ilə birgə dinləmələrdə hansı məqsədlə iştirak etdiyini niyə izah etmədi?

 

Şüarlar arasında yenisi də peyda olmuşdu: "Avropa İttifaqı ilə assosiasiya sazişi imzalansın". Məgər aldadılıb mitinqə gətirilmiş insanlar Azərbaycanın Ai ilə assosiasiya sazişini hansı səbəbdən imzalamadığını bilmirmi? Birincisi və ən əsası ona görə ki, Azərbaycanın təkidinə baxmayaraq, həmin sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe öz əksini tapmamışdı. Bəli, məhz bu, həmin sazişin imzalanmamasının birinci səbəbi oldu. Əslində, bu şüar siyasi sifarişin haradan gəldiyini göstərirdi.

 

Bir kiçik stadionu doldura bilməyən Milli Şuranın mitinqində çıxış edənlərin digər iddiası isə bu oldu ki, guya Bakıya gələn yollar bağlanıb. Halbuki, bağlanan yol Bakı-Sumqayıt magistralının bir hissəsidir ki, buna səbəb də təmir işləri ilə əlaqədardır və bu, yolların bağlandığı demək deyil - Sumqayıtdan Bakıya və Bakıdan Sumqayıta Xırdalan vasitəsilə də rahat gedib-gəlmək olur.

 

Mitinq təşkilatçıları bu dəfə də radikal dindarları özlərinə tərəf çəkdilər. Onlar Taleh Bağırovu az qala "milli qəhrəman" kimi təqdim etməyə çalışdılar, tərəfdarlarını isə "imanlı qardaşlar" adlandırdılar. Məqsəd isə tamamilə aydındır və bir daha qeyd olunmalıdır ki, dindarlar Milli Şuraya yalnız meydanı doldurmaq və izdiham görüntüsü yaratmaq üçün lazımdır.

 

Milli Şura rəhbərləri bir az da irəli gedərək çıxış edənlərin qarşısındakı "Vicdan məhbuslarına azadlıq" sözləri yazılmış tabloya prokurorluğun rüşvətxor əməkdaşı və digərləri ilə yanaşı, radikal islamçıların başçısı Taleh Bağırovun şəklini də daxil etdilər. Hətta onun xalqı iğtişaşa, qarşıdurmaya səsləyən müraciəti də oxundu.

 

Ümumilikdə belə çıxışların məqsədi kütləni qızışdırmaq, iğtişaş yaratmaq idi. Və bütün bunlar göstərir ki, Əli Kərimli xaricdən gələn "ölkədə vəziyyəti gərginləşdirmək" sifarişlərini can-başla yerinə yetirməkdən ötrü hətta radikal dindarlarla birləşib, onlarla əməkdaşlıq edir.

 

Maraqlıdır, "xalq acdır, yeməyə çörək tapmır" kimi gülünc ifadələr səsləndirən Əli Kərimli kimilər bahalı maşınlarda gəzdikləri, lüks həyat yaşadıqları, övladları xaricdə təhsil aldıqları halda "acından ölən xalq"ın hansı nümayəndəsinə kömək əlini uzadıb? Bəlkə o və tərəfdarları gizlicə mesenantlıq edirlər?

 

Mitinqdə "Elçibəy" şüarları da səsləndi. Çox gülüncdür: Əbülfəz Elçibəyin bir nömrəli düşməni olanların təşkil etdiyi mitinqdə "Elçibəy" şüarları...

Çıxış edənlərdən biri isə daha "müdrik taktika" seçərək mitinq iştirakçılarını qol vurmağa səslədi.Lakin xalqın etimadını itirmiş və bu etimadı heç vaxt qazana bilməyəcək Milli Şura bu dəfə də ofsaydda qaldı.



OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...