Əli İnsanov nə etdiyini anlamayan qocadır - Siyasi icmalçıdan HƏP-ə "tək səbir": HƏPÇİ

Əli İnsanov nə etdiyini anlamayan qocadır - Siyasi icmalçıdan HƏP-ə


"Əli İnsanovun "siyasi fəaliyyəti” nə qədər komikdirsə, onun siyasi partiya yaratmaq iddiasında bulunması da bir o qədər ggülüncdür. Üstəlik, yaratdığı partiyaya seçdiyi ad bundan qat-qat komikdir”


Sfera.az-a açıqlamasında bu sözləri keçmiş Səhiyyə naziri Əli İnsanovun noyabrın 24-də bir qrup tərəfdarı ilə birlikdə Haqq Ədalət Partiyasının (HƏP)Təşkilat Komitəsini yaratmasına münasibət bildirərkən siyasi icmalçı Azər Həsrət deyib:


"Hamımız yaxşı xatırlayırıq ki, bu adam vəzifədə olduğu zaman hansı oyunlardan çıxıb. Bu adam xirtdəyə kimi koorupsiyaya bulaşıb və buna görə cəzasını alıb. Yalnız Prezidentimizin lütfü sayəsində həbsdən azad edildi. Lakin anlaşılan odur ki, bu adam həmin lütfü də yetərincə anlamadı. Əli İnsanov nə etdiyini və nəyə görə etdiyini anlamayan yaşlı adamdır. Ona görə də həvəsə düşərək indi özünü siyasi lider kimi qələmə verir. Amma Azərbaycan ictimai rəyi bu cür dələduz, koorupsioner adamı siyasi lider kimi heç zaman qəbul etməyəcək və etmir”.

 

Həmsöhbətimizi burada təəccübləndirən əsas məqam milli şairimiz Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadənin də Ə. İnsanovun ətrafında olmasıdır: "İsfəndiyar Vahabzadə o adamın çevrəsində nə gəzir?Onun da siyasi mövqeyi ola bilər. Ancaq onun Əli İnsanov kimi koorupsionerin ətrafında dolaşması tamam başqa şeylərdən xəbər verir. Koorupsionerin yanında yer tutan yəqin ki, özü də hansısa mərhələdə koorupsiyadan keçib”.

 

A.Həsrət HƏP-in siyasi arenada ciddi mövqeyə sahib olacağına inanmır: "Hər halda düşünürəm ki, Əli İnsanovun HƏP-i Azərbaycan cəmiyyəti və siyasi palitrada ciddi dəyişikliyə səbəb olmayacaq. Yaxın gələcəkdə onun hər hansı bir siyasi perspektivinin olacağını düşünmürəm. Çünki Əli İnsanov faktiki olaraq siyasi meyitdir”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR