Əli Hüseynli Araz Əlizadəyə irad tutub

Əli Hüseynli Araz Əlizadəyə irad tutub
 

"Milli Məclisdə elə təkliflər olur ki, sanki, bütün problemləri həll etmişik, bəzi xırda problemlər qalıb... 29 il öncə, Azərbaycanın indiki bayrağı təsdiq ediləndə, Hacı Əbdül Əbdülov çıxış edərək demişdi ki, yaşıl rəng yuxarıda olsun. O, 29 il bundan əvvəl uzağı görürmüş... Ay camaat, bayrağı qoyuluşunu dəyişməzlər, bir dəfə qəbul edərlər, sonra da sitayiş edərlər, diz çökərlər”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Araz Əlizadə deyib.

Deputat qeyd edib ki, bayrağı oyuncağa çevirməzlər: "Belə olan halda, nəvələrimizə milli ruhu aşılaya bilməyəcəyik”. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, deputatlar bu məsələni öz bildikləri kimi yozmağa cəhd edirlər: "Azərbaycanın dövlət bayrağı anlayışı Konstitusiyada qeyd olunub. Biz xüsusi olaraq dövlət bayrağından istifadə qaydaları haqqında məsələni qanunla həll etmişik. Azərbaycan dövlətinin, ictimaiyyətinin bu məsələyə münasibəti çox ciddidir. Əgər doğrudan da, Nazirlər Kabinetinin qərarı ilə qanun arasında hər hansı ziddiyyətlə bağlı ciddi məlumat varsa, müzakirə edə bilərik. Amma tam əminəm ki, bu, belə deyil. Çünki bayraqdan istifadə qaydaları qanunla tənzimlənir, orada bütün detallar yazılıb. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlarına dəyişiklik layihəsi Konstitusiya qanununa uyğunlaşdırmadır”.


OXŞAR XƏBƏRLƏR

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli oldu

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.   Sfera.az xəbər verir ki, finalda "Xəzri" və "Neftçi" klubları üz-üzə gəl...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...