Əli Həsənovun tikdirdiyi binanın damı uçdu - VİDEO
17:38 / 16.11.2021
3094
Səbail rayonu, Bibiheybət qəsəbəsi Salyan Yolu 22 ünvanında jurnalistlər üçün inşa olunan 3-cü binanın damını külək atıb.
Sfera.az xəbər verir ki, əlverişsiz hava binanın bir hissəsinin dam örtüyünü uçurub.
Ərazidə yaşayan sakinlər bildiriblər ki, hələ ki, külək binada başqa fəsadlar yaratmayıb. Hadisənin sosial şəbəkələrdə yayılan videosunu təqdim edirik:
(bizim.media)