Əli Həsənovun “oteldə gecələyirəm” yalanı – Sənədlər ifşa edir

Əli Həsənovun “oteldə gecələyirəm” yalanı – Sənədlər ifşa edir

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun son açıqlamasında müalicə məqsədilə getdiyi Türkiyəni tərk etməyə hazırlaşdığını bildirib.


Sfera.az xəbər verir ki, Əli Həsənov müalicəsi ilə "Siyami Ersek” ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsinin dosenti Yalçın Velibeyin məşğul olduğunu bildirib:


"Davamlı olaraq 7 ildir ki, mən onun yanına gəlirəm, əgər o tövsiyyə edirsə başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kardioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzəra alaraq, yaxınındakı hoteldə gecələmişəm”.

 

Əli Həsənov "yaxınlıqdakı oteldə gecələyirəm” açıqlamasının sübuta yetirmək üçün paylaşımına bəzi sənədlər də əlavə edib. Həmin sənədlərdə isə Əli Həsənovun dincəldiyi məkanın ünvanı kimi Akmerkez Rezidenz göstərilib.


Məlumat üçün bildirək ki, Rezidenz dəbir qayda olaraq yaşayış sahələri yerləşir. Bu isə Əli Həsənovun hansısa oteldə yox, şəxsi villasında dincəldiyini düşünmək üçün əsaslar yaradır.





 

 


OXŞAR XƏBƏRLƏR