Əli Əsədovla Qazaxıstanın yeni Baş naziri arasında telefon danışığı oldu

Əli Əsədovla Qazaxıstanın yeni Baş naziri arasında telefon danışığı oldu
Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub.

Sfera.az  xəbər verir ki, bu barədə "Zakon” məlumat yayıb.

Bildirilib ki, Əli Əsədov qazaxıstanlı həmkarını təbrik edərək onu Azərbaycana səfərə dəvət edib.

Azərbaycanın Baş naziri Qazaxıstan xalqının çətin dönəmində öz dəstəyini bildirib. O, Qazaxıstanla iqtisadi-ticarət əlaqələrini genişləndirmək və dərinləşdirmək istədiklərini qeyd edib.

OXŞAR XƏBƏRLƏR