Əli Əsədovdan mühüm qərar: Dərslər bu tarixdə bitəcək

Əli Əsədovdan mühüm qərar: Dərslər bu tarixdə bitəcək

Nazirlər Kabineti "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qərar verib.

Sfera.az xəbər verir ki, qərara əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür:

- birinci yarımil: 1 oktyabr – 26 yanvar;

- ikinci yarımil: 1 fevral – 31 may.

Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil

səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

- birinci yarımil: 15 sentyabr – 26 yanvar;

- ikinci yarımil: 1 fevral – 14 iyun.

 Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

- payız tətili: 16-20 noyabr (5 gün);

- qış tətili: 27-31 yanvar (5 gün);

- məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının (kurikulumlar) tədrisi üçün ümumi təhsil müəssisəsi tərəfindən bu Sənədlə müəyyən olunmuş tədris ili

müddətindən fərqli müddətlər müəyyən edilə bilər. Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində

tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.

 Bu Qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir. 

(axeber.az)

 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...