Əli Əsədov Mişustinlə danışdı
21:46 / 18.11.2020
5079
Noyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən Sfera.az-a verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.