Əli Əhmədovdan əhaliyə ŞAD XƏBƏR

Əli Əhmədovdan əhaliyə ŞAD XƏBƏR
 

Azərbaycanda həyata keçirilən siyasətdə sosial yönümlülük qabarıq şəkildə özünü göstərir. Ölkənin iqtisadi inkişafının artması bunu gerçəkləşdirməyə ciddi imkanlar yaradır.

Sfera.az Trend-ə istinadla məlumat verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının həyatını yaxşılaşdırmaq üçün müxtəlif sosial layihələrin həyata keçirilməsi genişlənir: "Misal olaraq, 2019-cu ildə ölkə əhalisinin çox hissəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əmək haqları və pensiyaların iki dəfəyə qədər artırılması dövlət tərəfindən ayrı-ayrı kateqoriyalarına verilən güzəştlərin miqdarının çoxalması bu layihələrin ən əhəmiyyətlisidir.

Eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir neçə illərdir uğurla həyata keçirilən siyasət davam edir. Sosial layihələr üçün ayrılan dövlət vəsaiti də artırılmaqdadır. İnanıram ki, yaxın illərdə Prezidentin dəstəyi ilə məcburi köçkünlər yaşamaq üçün lazımi şəraiti olan evlərlə təmin ediləcəklər. Zəlzələ nəticəsində yaşadıqları evlər qəzalı vəziyyətə düşən insanlar da bu qəbildən olan sosial layihələrlə əhatə olunublar".

Ə.Əhmədov bildirib ki, bundan sonra Prezidentin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək:

"Məqsəd ondan ibarətdir ki, Azərbaycanın artan və genişlənən imkanlarından hər bir vətəndaşın daha çox faydalanmasını təmin etmək mümkün olsun, hər bir vətəndaş üçün daha layiqli həyat şəraiti yaradılsın".

OXŞAR XƏBƏRLƏR

“Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” - Mehriban Əliyeva

  "Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummil...

V çağırışın fəal deputatlarının SİYAHISI

  Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında beşinci çağırış Milli Məclisin deputatlarının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu...

Gələn il üçün ehtiyac meyarının məbləği məlum oldu

  Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub.  Sfera.az-ın  APA-ya istinadən məlumatına görə, bu, büdcə zərfinə daxil...

“Mən qələt edərəm Ermənistana və Qarabağa gedərəm...” - Aqil Abbas

  Gündəmin əsas polemikalarından biri də azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləridir. Bu səfər ictimaiyyətdə birmənalı qarşılanmadı. Ard...

Sürücülərə bəd xəbər: Bu halda 150 manat cərimələnəcəksiniz

  Avtomobilin alın və qabaq yan şüşələrinə vurulan plyonkalar bu gündən etibarən sökülməyə başlanılacaq və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi i...

Baş Nazirin qərarı ilə yeni idarəetmə qrupu yaradıldı

  "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qru...