Əli Əhmədov: "Xaricdə mühacir statusu alan şəxslərin Azərbaycanda siyasi proseslərə müdaxiləsi təhlükəlidir"

Əli Əhmədov:
 

"İstənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə mühacir statusu alan bəzi şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd edirlər".

Sfera.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masada deyib.

Ə. Əhmədov qeyd edib ki, həmin şəxslər asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilər: "Ona görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir. Bəziləri "Youtube"da guya izləyicilərinin hesabına gəlir əldə edirlər. Bu, əsassızdır, araşdıra bilərsiniz. Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hanısa xarici qüvvənin yox. Mühacirlərin əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı "demokratik", Azərbaycan isə "anti-demokratik" göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var".


OXŞAR XƏBƏRLƏR

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...