Əli Əhmədov maaşının 50%-ni Orduya köçürdü

Əli Əhmədov maaşının 50%-ni Orduya köçürdü
 

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov özünün aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

Bu barədə Unikal.org-a partiyadan məlumat verilib. 

Ə.Əhmədov eyni zamanda YAP üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib.

Məlumata görə, Ə.Əhmədovun bu təşəbbüsünü alqışlayan YAP üzvləri, eləcə də partiyanın üzvü olmayan insanlar böyük ruh yüksəkliyi ilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasında iştirak edirlər. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri kütləvi şəkildə bu təşəbbüsə qoşularaq Azərbaycan Ordusuna yüksək dəstək nümayiş etdirirlər.

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərən insanlar sosial şəbəkələrdəki paylaşımlarında bildirirlər ki, Vətən, xalq sözlərini əllərində bayraq edərək, süni şəkildə ictimai narazılıq yaratmağa, sabitliyi pozmağa cəhd edən bəzi dırnaqarası varlıqlara Əli Əhmədovun bu təşəbbüsü tutarlı cavab olub..

Bu gün Azərbaycanda yüksəlişin və inkişafın simvoluna çevrilmiş Yeni Azərbaycan Partiyasında Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyası əsl vətənpərvərlik nümunəsi və böyük ruh yüksəkliyi ilə davam edir.

Qeyd edək ki, bir müddət əvvəl Ə.Əhmədov özünün rəsmi facebook səhifəsində "Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək” sərlövhəli paylaşımında müharibə vəziyyətində, bir milyondan çox məcburi köçkün və qaçqını olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblərin olduğunu bildirib.

YAP-ın dəfələrlə bu cür aksiyalar keçirdiyini xatırladan Baş Nazirin müavini Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fondu üçün xeyriyyə aksiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...