Elgiz "Planet Parni iz Baku"nu yıxıb-sürüdü - Onlar isə…

Elgiz
 

Xəbər verdiyimiz kimi, "ARB TV”nin məhşur siması, aparıcı Elgiz Əkbər qonaq olduğu verilişdə onu parodiya edənlər siyahısında yalnız "Planet Parni iz Baku" KVN Teatrı  kollektivi ilə bağlı sərt fikirlər səsləndirib.

"Bakılı oğlanlarından çox incimişdim. Çünki, onlar məni çox pis şəkildə təhqir etmişdilər. Elə insanlar var ki, babalarının adlarını öz övladlarına qoyur. Necə ki, o insanlara babaları əzizdir, babam mənim üçün əzizdir. İxtiyarın var mənim adımı o şəkildə ələ salasan?  Olmaz! Parodiya insanın qəlbinə dəyməməlidir. Əksinə, o insanı hamı kimi sevindirməlidir. Parodiya etdilər, amma məni çağırmamışdılar. Sonradan sosial şəbəkədə gördüm. Birinci dəfədir ki, bu məsələ haqqında danışıram. Qardaşım, sən məni niyə təhqir etməlisən?” – deyə E. Əkbər demişdi.


"Yeni Sabah” məsələ ilə bağlı "Planet Parni iz Baku” komandasının üzvləri ilə danışmaq istəsə də, onlar bundan boyun qaçırıblar. KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanova zəng etsək də, o, mövzu barəsində şərh verməyəcəyini qəti şəkildə bildirib. 

Bundan sonra həmin səhnədə rol alan əməkdar artist Əkbər Əlizadə ilə də telefon əlaqəsi yaratdıq. "Mən başqası ilə bağlı heç bir suala cavab vermirəm”, - deyən aktyor da məsələ barədə fikir bildirməkdən boyun qaçırıb. 

Xatırladaq ki, "10 Line Yubiley” adlı konsertdə yer alan səhnədə teleaparıcı Elgiz Əkbər "Elqız, Elqaz” deyilərək gülüş hədəfinə çevrilmişdi. Həmin görüntüləri təqdim edirik.

 



OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...